ORTA ƏSR TİBBİNƏ DAİR DƏYƏRLİ ƏSƏR İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ORTA ƏSR TİBBİNƏ DAİR DƏYƏRLİ ƏSƏR İŞIQ ÜZÜ GÖRÜB

01.05.19. Oxunma sayı: 134 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XIII əsrin sonu və XIV əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan alimi Məhəmməd ibn Mahmud ibn Hacı Şirvaninin “Ətriyyat bağı” əsəri çapdan çıxıb. Kitabda əczaçılıq sənəti haqqında bəhs olunur. Burada mineral, bitki və heyvan mənşəli dərmanların hazırlanması, sınaqdan keçirilməsi, müxtəlif xəstəliklər zamanı içkilərin və qidaların hazırlanma qaydaları, ərəb əlifbasına uyğun sıralanma ilə ədviyyatların geniş şərhi və s. faydalı məlumatlar yer alır.
Əsəri Əlyazmalar İnstitutunun əməkdaşı Müzafəddin Əzizov ərəb dilindən tərcümə edib. “Ön söz”ün müəllifi filologiya üzrə elmlər doktoru, professor Kamandar Şəriflidir. Kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Fərid Ələkbərlidir.
Orta əsrlərdə Azərbaycanda tibb elminin inkişafında xüsusi yer tutmuş irihəcmli “Ətriyyat bağı” əsəri müasir dövrün tibb mütəxəssisləri üçün dəyərli mənbə sayıla bilər, eləcə də oxucuların marağına səbəb ola bilər.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

11.03.19 ZEYNƏDDİN CÜRCANİNİN KİTABI RUS DİLİNƏ TƏRCÜMƏ OLUNUB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
12.04.18 ON DÖRD MƏSUMUN TƏRCÜMEYİ-HALINI EHTİVA EDƏN KİTAB NƏŞR OLUNUB
04.04.18 XIV ƏSR TARİXİNƏ AİD DƏYƏRLİ MƏNBƏ
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla