“ƏLİ NƏZMİ ARXİVİNİN TƏSVİRİ” ÇAPDAN ÇIXIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“ƏLİ NƏZMİ ARXİVİNİN TƏSVİRİ” ÇAPDAN ÇIXIB

30.04.19. Oxunma sayı: 379 NƏŞRLƏR

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XX əsrin görkəmli Azərbaycan şairi, “Molla Nəsrəddin” ədəbi məktəbinin fəal nümayəndəsi Əli Nəzminin şəxsi arxivinin təsviri kitab halında çapdan çıxıb. Şairin Əlyazmalar İnstitutunda mühafizə olunan 109 saxlama vahidindən ibarət arxiv materialları sistemli şəkildə kitabda təsvir olunub. Kitabda Ə.Nəzminin arxivinə aid olan materiallar – mənzum əsərləri, pyesləri, tərcümeyi-hal və xatirələri, şəxsiyyətinə dair sənədlər, ona yazılmış məktublar, eləcə də müxtəlif sənədlər barədə məlumat verilir. Arxivin təsviri zamanı əlyazmaların, o cümlədən sənədlərin dili və üslubu olduğu kimi saxlanılıb.
Kitabı tərtib edənlər Əlyazmalar İnstitutunun əməkdaşları Könül Bağırova və Aytən İmanovadır. Kitabın redaktoru və ön sözün müəllifi filologiya üzrə elmlər doktoru Nailə Səmədovadır.
Sözügedən nəşr Əli Nəzmi irsinin tədqiqatçıları üçün dəyərli məlumat mənbəyidir.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

17.09.18 ÜZEYİR HACIBƏYLİNİN ŞƏXSİ ARXİVİNİN TƏSVİRİ NƏŞR OLUNDU
19.07.18 “AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA” MÖVZUSUNDA III BEYNƏLXALQ ELMİ-NƏZƏRİ KONFRANSIN MATERİALLARI ÇAP OLUNUB
21.05.18 MİRZƏ BAXIŞ NADİMİN “SEÇİLMİŞ ƏSƏRLƏRİ” TƏQDİM OLUNDU
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
07.05.18 NADİMİN ŞEİRLƏRİ İLK DƏFƏ KİTAB HALINDA NƏŞR EDİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla