AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

09.12.17. Oxunma sayı: 143 Əməkdaşlıq
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Əlyazmalar İnstitutunun akt zalında baş tutan tədbiri elmi işlər üzrə direktor müavini, fil.ü.e.d., professor Aybəniz Əliyeva-Kəngərli açmışdır. O, 2017-ci ilin payızından başlayaraq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Özbəkistan Respublikasının Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında sıx əməkdaşlıq əlaqələrinin yarandığını, hər iki təşkilatın səlahiyyətli nümayəndələrinin intensiv görüşlər keçirdiyini bildirmiş və memorandum ideyasının da həmin görüşlərdə meydana gəldiyini vurğulamışdır. A.Əliyeva-Kəngərli müqavilənin hər iki elm ocağında elm və təhsilin inteqrasiyasına təkan verəcəyini, bu sahədə qarşılıqlı, faydalı əməkdaşlığa şərait yaradacağını diqqətə çatdırmışdır.
Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək səmimi qəbula görə institut rəhbərliyinə minnətdarlığını bldirmişdir. O, institut ilə universitet arasında əməkdaşlıq sənədinin imzalanmasını münasibətlərdə yeni mərhələ kimi dəyərləndirmişdir.
Görüşdə iştirak edən Əlyazmalar İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov əməkdaşlığın akademik fəaliyyət, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olacağını vurğulamışdır.
Daha sonra çıxış edən institutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov memorandumun beynəlxalq layihə və inkişaf proqramlarının həyata keçirilməsində önəmli rol oynayacağını qeyd etmişdir.
Əməkdaşlıq memorandumunu Əlyazmalar İnstitutu adından elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti adından isə Samir Abbasov imzalamışlar.
Sənəddə humanitar sahədə elmi layihələrə dəstək, müştərək konfrans, seminar və simpoziumların təşkili, yeni nəşrlərlə bağlı təqdimatların keçirilməsi nəzərdə tutulur. Memorandumun əsas hədəflərindən biri əlyazmaların tədqiqi sahəsində uzunmüddətli və konstruktiv əməkdaşlığa nail olmaqdır.






скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

19.01.18 ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB
10.01.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ İSTANBUL ŞƏHƏRİNDƏ ELMİ EZAMİYYƏTDƏ OLMUŞLAR
02.02.18 SEYYİD ZƏRGƏRİN “MİZANÜL-ƏDALƏT” ADLI KİTABI NƏŞR OLUNUB
17.02.18 KOLUMBİYA SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla