PAŞA KƏRİMOV KAZANDA KEÇİRİLƏN TƏDBİRDƏ İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



PAŞA KƏRİMOV KAZANDA KEÇİRİLƏN TƏDBİRDƏ İŞTİRAK EDİB

29.04.19. Oxunma sayı: 98 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmləri doktoru, professor Paşa Kərimov 25-27 aprel tarixlərində Kazan şəhərində görkəmli arxeoqraf alim Marsel Əhmədcanovun 80 illiyinə həsr edilmiş “Türk-tatar əlyazma irsi: müasir mərhələdə mühafizəsi və araşdırılması problemləri” mövzusunda keçirilən elmi-praktiki seminarda iştirak edib. Tatarıstan Respublikası Elmlər Akademiyasının Q.İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun təşkil etdiyi tədbirdə P.Kərimov “Azərbaycan əlyazma kitabının tarixi” adlı məruzə ilə çıxış edib. Bundan başqa alim tatar ədəbiyyatının klassiki Abdulla Tukayın 133 illiyinə həsr edilmiş tədbirlərdə, şənliklərdə iştirak edib, Tatarıstan Yazıçılar Birliyində, şairin vətəni Arça rayonunun Tukay Kirlay kəndində olub.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

12.04.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “YAZILI ABİDƏLƏRİN GÖRKƏMLİ TƏDQİQATÇISI HƏMİD ARASLI” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLİB
12.02.19 ELMİ ŞURADA PAŞA KƏRİMOVUN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB
25.01.19 AKADEMİK TEYMUR KƏRİMLİNİN SƏDRLİYİ İLƏ İCLAS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla