“DEYİLƏN SÖZ YADİGARDIR” YENİ TƏRTİBATDA » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“DEYİLƏN SÖZ YADİGARDIR” YENİ TƏRTİBATDA

23.04.19. Oxunma sayı: 80 NƏŞRLƏR
XX əsrin görkəmli Azərbaycan tədqiqatçısı və şairi Cəfər Rəmzinin 1981 və 1987-ci illərdə nəşr olunmuş “Deyilən söz yadigardır” topluları yeni tərtibatda çapdan çıxıb. Kitabı nəşrə hazırlayan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyaldır.
Kitaba XIV-XX əsrlərdə Bakı və Abşeronda yaşayıb-yaratmış 170-dən çox şairin tərcümeyi-halı və əsərlərindən nümunələr daxildir. Tərtibçi S.Xəyal Cəfər Rəmzinin Əlyazmalar İnstitutunda saxlanılan arxivindəki indiyədək nəşr olunmamış şeirləri, o cümlədən, toplularla bağlı C.Rəmziyə ünvanlanmış 4 məktubu sözügedən nəşrdə təqdim edib.
Kitabın redaktorları Qorxmaz Səfərov və Nəbibə Səfərova, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə, filologiya üzrə fəlsəfə doktoru Aytac Zeynalova və Qutiyera Cəfərovadır.
“Deyilən söz yadigardır” təkcə Bakı-Abşeron ədəbi mühitinin tədqiqatçıları üçün deyil, eyni zamanda geniş oxucu kütləsi üçün də maraqlı nəşrdir.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

03.04.19 CƏNUBİ AZƏRBAYCAN ŞAİRLƏRİNİN ANTOLOGİYASI İŞIQ ÜZÜ GÖRÜB
07.01.19 ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRİ
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
16.07.18 XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİNİN AYNASI OLAN “TƏZKİREYI-NƏVVAB” YENİDƏN NƏŞR OLUNUB
02.02.18 SEYYİD ZƏRGƏRİN “MİZANÜL-ƏDALƏT” ADLI KİTABI NƏŞR OLUNUB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla