MOLLA CÜMƏNİN GÜRCÜ ƏLİFBASI İLƏ KÖÇÜRÜLMÜŞ ŞEİRLƏR TOPLUSU AŞKAR EDİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



MOLLA CÜMƏNİN GÜRCÜ ƏLİFBASI İLƏ KÖÇÜRÜLMÜŞ ŞEİRLƏR TOPLUSU AŞKAR EDİLİB

18.04.19. Oxunma sayı: 243 YENİ DAXİLOLMALAR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu görkəmli Azərbaycan aşığı və şairi Molla Cümənin (1854-1920) gürcü əlifbası ilə köçürülmüş şeirlər toplusunun əlyazmasını əldə edib. Əlyazmalar İnstitutunun əyani doktorantı Novruz Bəkirov Qax rayonunun Meşəbaş kəndindən əlyazmanı əldə edərək instituta təqdim edib. Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov məlumat verir ki, 38 şeirdən ibarət bu topludakı 8 şeirə şairin indiyədək nəşr olunmuş kitablarında rast gəlinmir. Bu şeirləri Molla Cümənin şagirdi, gürcü aşığı Konstantin Muradxanaşvili şairin dilindən eşidərək qələmə alıb. Molla Cümə XIX əsrin II yarısı-XX əsrin əvvəllərində Azərbaycanın şimal-qərb bölgəsindəki aşıqların, eləcə də gürcü aşıqlarının yaradıcılığına güclü təsir edib. Bu əlyazma gürcü aşıqlarının Molla Cümənin şeirlərini Azərbaycan dilində ifa etdiklərini, Azərbaycan-gürcü ədəbi əlaqələrinin möhkəmlənməsində Molla Cümənin mühüm rol oynadığını göstərməkdədir.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

21.01.19 NƏSİMİNİN “HÜSEYNİ” TƏXƏLLÜSÜ İLƏ YAZDIĞI ŞEİRLƏRİ AŞKAR EDİLİB
13.11.18 ƏLYAZMALAR İNSTİTUTU “ƏCAİB ƏL-MƏQDUR” ƏSƏRİNİN DİLİMİZƏ TƏRCÜMƏSİNİN SURƏTİNİ ƏLDƏ EDİB
24.10.18 ŞAİR VAHİD ƏZİZ ÖZ ŞƏXSİ ARXİVİNİ ƏLYAZMALAR İNSTİTUTUNA HƏDİYYƏ EDİB
21.09.18 XVIII ƏSR AZƏRBAYCAN ŞAİRİNİN ANA DİLİMİZDƏ ŞEİRLƏRİ AŞKARLANIB
06.09.18 NƏSİMİNİN TÜRK DİVANININ ƏLYAZMA NÜSXƏSİNİN SURƏTİ BAKIYA GƏTİRİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla