ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI "CLARIVATE ANALYTICS"İN SEMİNARINDA İŞTİRAK EDİBLƏR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI "CLARIVATE ANALYTICS"İN SEMİNARINDA İŞTİRAK EDİBLƏR

17.04.19. Oxunma sayı: 202 NAİLİYYƏTLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları – institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov, “Elektron resurslar” şöbəsinin müdiri Firəngiz Hüseynova və “Çap kitablarının tədqiqi” şöbəsinin böyük laborantı Hikmət Rzazadə “Clarivate Analytics” şirkətinin təşkil etdiyi “Müasir Beynəlxalq Elmi Jurnal: Nəzəriyyə və praktika” adlı seminarda iştirak ediblər. Seminar Azərbaycanda nəşr olunan elmi jurnalların beynəlxalq səviyyəyə qaldırılması və beynəlxalq elmi bazalarda indeksləşməsi istiqamətində “Clarivate Analytics”in Moskva ofisi ilə əməkdaşlığın möhkəmləndirilməsi mövzusunda olub. Seminarın sonunda Əlyazmalar İnstitutunun əməkdaşlarına sertifikatlar təqdim olunub.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

12.02.19 CƏFƏR CABBARLININ ŞƏXSİ ARXİVİ RƏQƏMSALLAŞDIRILIR
08.12.18 AKADEMİK TEYMUR KƏRİMLİ ƏL-FƏRABİ ADINA QAZAXISTAN MİLLİ UNİVERSİTETİNİN YUBİLEY MEDALI İLƏ TƏLTİF OLUNUB
06.12.18 AKADEMİK TEYMUR KƏRİMLİ "ÇİNGİZ AYTMATOVUN DÜNYASI"NDA
29.06.18 ƏLYAZMALAR İNSTİTUTUNUN HƏMKARLAR KOMİTƏSİNİN SƏDRİ TƏLTİF OLUNUB
22.02.18 İNSTİTUTUN ƏMƏKDAŞI ISI-THOMSON REUTERS İNDEKSLİ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ ÜZV SEÇİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla