MƏŞHUR “KİTABİ BƏHRİYYƏ” RUS DİLİNƏ TƏRCÜMƏ OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



MƏŞHUR “KİTABİ BƏHRİYYƏ” RUS DİLİNƏ TƏRCÜMƏ OLUNUB

17.04.19. Oxunma sayı: 153 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XVI əsr görkəmli türk çoğrafiyaçısı, dənizçisi və admiralı Piri Rəisin dünyaca məşhur “Kitabi Bəhriyyə” (“Dənizçilik haqqında kitab”) əsəri rus dilində çapdan çıxıb. Əsəri qədim osmanlı dilindən rus dilinə Əlyazmalar İnstitutunun əməkdaşı Tahirə Əliyeva tərcümə edib. Kitabın tərtibatı və ön sözü T.Əliyevaya məxsusdur, elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur.
1521-ci ildə yazılmış “Kitabi Bəhriyyə” Piri Rəisin dənizçilik fəaliyyəti boyu gəzdiyi, gördüyü yerləri təsvir edən qeydlərindən ibarətdir. Həm də savadlı xəritəçi olan Piri Rəis gördüyü yerlərin xəritələrini tərtib edib. Həmin xəritələr kitaba əlavə olunub.
“Kitabi Bəhriyyə”nin bir hissəsi nəzmlə yazılıb. 972 beytdən ibarət olan bu hissə 23 qismə bölünür. Burada dənizçilərə edilən tövsiyələr, təbiət hadisələri, xəritələr, adalar, dənizlər, Atlantik okeanı, Amerikanın kəşfi və s. haqqında məlumatlar yer alır. Dəyərli məlumatların içində maraqlı bir fakt nəzərə çarpır; belə ki, yeddi dənizin adını çəkən Piri Rəis sonuncu dənizi “Bəhri Külzüm” adlandırır. Heç bir okeana çıxışı olmayan bu dənizdən bəhs edən çoğrafiyaçının Xəzər Dənizini nəzərdə tutduğu ehtimal oluna bilər.
Kitabın yerdə qalan və böyük hissəsi nəsr şəklində yazılıb. 209 fəsildən ibarət bu hissədə Aralıq Dənizi və Egey dənizi sahilləri haqqında, eləcə də bu dənizlərə aid adaların, limanların, qayaların və s. ətraflı təsvirləri verilir.
Kitabın nəzmlə yazılmış hissəsi hərfi tərcümə olunub.
“Kitabi Bəhriyyə” tarixçilər, coğrafiyaçılar və dənizçilər üçün qiymətli mənbə hesab olunur. Bu kitab eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulur.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla