“QUŞ DİLİ VƏ FİT DİLİ FENOMENİ” MÖVZUSUNDA MƏRUZƏ OXUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“QUŞ DİLİ VƏ FİT DİLİ FENOMENİ” MÖVZUSUNDA MƏRUZƏ OXUNUB

10.04.19. Oxunma sayı: 311 TƏDBİRLƏR
Nəsiminin 650 illiyi çərçivəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Tələbə Elmi Birliyinin birgə təşəbbüsü ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, gənc alim Günel Məmmədovanın mühazirəsi dinlənilib. “Nəsiminin dili quş dilidir, onu Süleyman bilir ancaq” başlıqlı mühazirələr silsiləsindən G.Məmmədovanın çıxışı “Quş dili və fit dili fenomeni” mövzusunda olub. Mühazirəçi quş dili və fit dilinin iki ayrı-ayrı yerdə yaşayan insanların bir-birilə ünsiyyət qurması məqsədilə düşündükləri vasitə olduğunu söyləyib, bu qədim ünsiyyət vasitəsinin tarixindən bəhs edib və qeyd edib ki, Nəsiminin yaşadığı dövrdə də fit dili və quş dilindən istifadə olunub. O, fit dilinin təkcə dilçiliyin morfologiya, fonetika sahələrində deyil, eləcə də bu qədim ünsiyyət vasitəsinin multidissiplinar səviyyədə araşdırılması zərurətinin olduğunu vurğulayıb.
Mövzu ilə əlaqədar “Nəsimi” filmindən fraqmentlər, eləcə də sənədli filmlərdən parçalar nümayiş olunub.
Daha sonra çıxışçılara söz verilib.
Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov dahi şair Nəsiminin “quş dili” deyərkən hürufilik fəlsəfəsinin dilini nəzərdə tutduğunu söyləyib. O, G.Məmmədovanın indiyədək az tədqiq olunmuş bu sahəyə müraciət etməsini alqışlayıb.
Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov belə bir mövzuya məhz gənc tədqiqatçının maraq göstərməsini təqdirəlayiq hal hesab edib, mövzu ətrafında maraqlı nümunələr göstərib.
Tədbirdə iştirak edən BDU-nun filologiya fakültəsinin tələbələri mövzu ilə əlaqədar mühazirəçiyə suallar ünvanlayıblar.
Sonda BDU-nun filologiya fakültəsinin Tələbə Elmi Birliyinin sədri Elnarə Talıbova və “Sabah” Mərkəzinin müəllimi Pərvin Eyvazov tədbirin təşkilinə görə Əlyazmalar İnstitutunun rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA
02.02.19 ƏLYAZMALAR İNSTİTUTUNDA "GƏNCLƏR GÜNÜ" QEYD OLUNUB
18.01.19 ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVARA HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla