“YAZILI ABİDƏLƏRİN GÖRKƏMLİ TƏDQİQATÇISI HƏMİD ARASLI” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLƏCƏK » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“YAZILI ABİDƏLƏRİN GÖRKƏMLİ TƏDQİQATÇISI HƏMİD ARASLI” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLƏCƏK

09.04.19. Oxunma sayı: 236 ELANLAR
12 aprel 2019-cu il tarixində­­­­­ saat 1400-da AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli ədəbiyyatşünas, akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunmuş “Yazılı abidələrin görkəmli tədqiqatçısı Həmid Araslı” mövzusunda elmi sessiya keçiriləcək. Sessiyada H.Araslının dahi Azərbaycan şairləri Nizami, Nəsimi, Füzuli haqqında araşdırmaları mövzusunda, ümumiyyətlə, alimin elmi fəaliyyətini işıqlandıran məruzələr dinləniləcək.
Arzu edənlər elmi sessiyada iştirak edə bilərlər.
Tədbir Prezident İlham Əliyevin akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında 2019-cu il fevralın 11-də imzaladığı Sərəncama əsasən keçirilir.
Ünvan: İstiqlaliyyət küç., 26, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitu­tu­nun akt za­lı, II mərtəbə.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

14.03.19 “CƏFƏR CABBARLI – 120 İLLİK YUBİLEYİ, YAXUD MƏNBƏLƏRƏ YENİ BAXIŞ” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLƏCƏKDİR
12.02.19 AMEA MƏHƏMMƏD FÜZULİ ad. ƏLYAZMALAR İNSTİTUTUNDA İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLƏCƏK
11.12.18 İNSTİTUT DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
19.04.18 KONFRANSA DƏVƏT

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla