“ELMİN YOLLARINDA” MƏQALƏLƏR TOPLUSU ÇAPDAN ÇIXIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“ELMİN YOLLARINDA” MƏQALƏLƏR TOPLUSU ÇAPDAN ÇIXIB

08.04.19. Oxunma sayı: 153 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin növbəti layihəsi olan “Elm adamlarımız” silsiləsindən “Elmin yollarında” adlı ilk kitab işıq üzü görüb. Bu nəşrə müxtəlif elm sahələrinin alimləri haqqında müxtəlif dövrlərdə yazılmış və dövri mətbuatda çap olunmuş məqalələr daxildir. Məqalələrin müəllifi şair, publisist Fəxrəddin Meydanlıdır. Məqalələri toplayıb nəşrə hazırlayan Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyaldır.
Kitabda çağdaş dövrdə Azərbaycanda yaşayıb-yaradan doqquz elm adamının həyat və yaradıcılığından bəhs edən məqalələr öz əksini tapır.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, rəyçiləri Qutiyera Cəfərova və filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevadır.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

03.04.19 CƏNUBİ AZƏRBAYCAN ŞAİRLƏRİNİN ANTOLOGİYASI İŞIQ ÜZÜ GÖRÜB
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
12.04.18 ON DÖRD MƏSUMUN TƏRCÜMEYİ-HALINI EHTİVA EDƏN KİTAB NƏŞR OLUNUB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla