ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB

19.01.18. Oxunma sayı: 233 TƏDBİRLƏR
Yanvarın 19-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş “20 Yanvar- Ümumxalq hüzn günü” adlı elmi sessiya keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Teymur Kərimli 1990-cı ilin yanvarında sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq 20 Yanvar faciəsinin xalqımızın yaddaşına silinməz izlər qoyduğunu qeyd edib. Hər il 20 Yanvarla bağlı ölkəmizdə, eləcə də Əlyazmalar İnstitutunda silsilə tədbirlərin keçirildiyini deyən akademik T.Kərimli gəncləri tariximizin bu qanlı qəhrəmanlıq səhifəsini unutmamağa səsləyib.
Çıxış edən institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva -Kəngərli 90-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının göstərdiyi yenilməzlik, qəhrəmanlıq, Vətənə, torpağa sədaqəti, müstəqillik və azadlıq uğrunda mübarizə əzminin bütün dünyaya bəyan olunduğunu deyib. Azərbaycan xalqının şəhid adına daim ehtiramla yanaşdığını vurğulayan Aybəniz Əliyeva -Kəngərli Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və əlillərə göstərilən diqqət və qayğıdan söz açıb, xalqımıza qarşı törədilən bu cinayəti düzgün tarixi faktlarla gələcək nəslə ötürməyin vacibliyini vurğulayıb.
Sonra institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov 20 Yanvarı təkcə hüzn günü kimi deyil, şanlı bir tarix kimi yad etməyin vacibliyini dilə gətirib. O, 20 Yanvarı sovet imperiyasının digər xalqları əsarətdə saxlamasına sonuncu cəhd kimi dəyərləndirib və imperiya ambisiyalarının məhz Azərbaycanda qırıldığını bildirib.
İnstitutun elmi katibi, dosent Əzizağa Nəcəfov çıxışında faciənin törədilməsində əsas məqsədin işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olduğunu bildirib. O, baş vermiş qanlı olaylardan dərhal sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının mühüm əhəmiyyətini diqqətə çatdırıb.
Sonra söz digər çıxışçılara verilib. Tədbirin sonunda 20 yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib.




скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

10.01.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ İSTANBUL ŞƏHƏRİNDƏ ELMİ EZAMİYYƏTDƏ OLMUŞLAR
03.02.18 BBC-nin ƏMƏKDAŞLARI ƏLYAZMALAR İNSTİTUTUNDA
17.02.18 KOLUMBİYA SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
06.02.18 ƏLYAZMALAR İNSTİTUTU BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTINƏ ÜZV SEÇİLMİŞDİR
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla