ƏLCƏZAİR SƏFİRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLCƏZAİR SƏFİRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

07.04.19. Oxunma sayı: 637 GÖRÜŞLƏR
Bu yaxınlarda Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xarici ölkə səfirləri ilə keçirdiyi görüşdə Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abbes Benmoussat Mehriban xanıma AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Əzizə Ələkbərovanın tərtib etdiyi “Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin hamisi” adlı kitabı təqdim edərək ondan avtoqraf alıb. Kitab Azərbaycan və fransız dillərində yazılıb. Fotoşəkillərlə zəngin olan bu nəfis kitabda Mehriban xanımın Azərbaycan mədəniyyətinin tərəqqisi və dünyaya tanıdılması yolundakı çoxşaxəli fəaliyyəti həm də fransızdilli oxuculara çatdırılır. Aprel ayının 5-də kitabın tərtibçisi Əzizə Ələkbərova və elmi redaktoru - Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Əlcəzairin Azərbaycandakı Səfirliyini ziyarət ediblər. Səfir Abbes Benmoussat və xanımı Linda Fadia Benmoussatla söhbət edən əməkdaşlarımız Azərbaycan mədəniyyətinə, M.Əliyevanın yorulmaz fəaliyyətinə həsr edilmiş bu kitaba göstərdikləri diqqətə görə onlara minnətdarlıqlarını bildiriblər və onları Əlyazmalar İnstitutuna dəvət ediblər.

скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
18.07.18 X.NATƏVAN HAQQINDA FİLM ÇƏKMƏK MƏQSƏDİ İLƏ BELÇİKALI REJİSSOR ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
25.06.18 TÜRKMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQALADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TÜRKMƏNİSTAN ELMLƏR AKADEMİYASININ ƏMƏKDAŞLARI İLƏ BİRGƏ AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA QONAQ OLUB
17.02.18 KOLUMBİYA SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla