RUSİYA MƏTBUATI ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİNİ İŞIQLANDIRIR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



RUSİYA MƏTBUATI ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİNİ İŞIQLANDIRIR

05.04.19. Oxunma sayı: 169 GÖRÜŞLƏR / MEDİA

Rusiya Elmi Cəmiyyətinin həftəlik “Poisk” qəzetinin videomateriallar şöbəsinin müdiri Aleksey Jukov və “Rossiya - Kultura” telekanalının “Qara dəliklər. Ağ ləkələr” adlı elm-təhsil teleproqramının əməkdaşları Marina Orlova və Maksim Xankişiyev AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Müəssisənin elmi fəaliyyətini işıqlandırmaq məqsədi ilə çəkiliş aparan jurnalistlər institutun direktoru, akademik Teymur Kərimlidən müsahibə götürüblər. Teymur Kərimli institutun tarixi, institutda mühafizə olunan nadir əlyazmalar haqqında, eləcə də son dövrlərdə institutda aparılan elmi tədqiqat işləri barədə jurnalistlərə geniş məlumat verib. Qonaqlar institutun ekspozisiya zalında nümayiş olunan qədim əlyazmalarla, o cümlədən Vatikanın Apostol kitabxanasından Azərbaycana gətirilən əlyazmalarla tanış olublar.
İnstitutun elmi katibi, dosent Əzizağa Nəcəfov qonaqları institutun “Elmi fondlar” şöbəsi və “Əlyazmaların gigiyena və bərpası” laboratoriyası ilə yaxından tanış edib, institutun xəzinəsində qorunan unikal əlyazmalar haqqında onlara məlumat verib.
Sonda jurnalistlər Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıblar.

скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

09.01.19 KAZAN UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ƏLYAZMALAR İNSTİTUTUNDA
16.11.18 TATARISTANLI ALİMLƏR ƏLYAZMALAR İNSTİTUTUNDA OLMUŞLAR
13.11.18 ОТ АДАМА ДО СУЛТАНА. В РУКОПИСЯХ - ИСТОРИЯ ЧЕЛОВЕЧЕСТВА
12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla