ƏBDÜLQƏNİ NUXƏVİ XALİSƏQARIZADƏ HAQQINDA KİTAB NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏBDÜLQƏNİ NUXƏVİ XALİSƏQARIZADƏ HAQQINDA KİTAB NƏŞR OLUNUB

04.04.19. Oxunma sayı: 108 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda fil.ü.e.d. Kamandar Şəriflinin XIX əsrdə yaşamış görkəmli Azərbaycan maarifçisi, mətnşünas alimi Əbdülqəni Nuxəvi Xalisəqarızadənin həyat və yaradıcılığından bəhs edən kitabı nəşr olunub.
Kitabın “Alim, pedaqoq və kitabşünas” adlanan I hissəsində Xalisəqarızadənin doğulub boya-başa çatdığı Şəki şəhərinin XIX yüzillikdəki tarixi mənzərəsinə, Şəkidəki maarif ocaqlarına nəzər yetirilib, alimin həyatı və yaradıcılığı şəcərəsindən tutmuş pedaqoji fəaliyyətinədək əhatəli şəkildə araşdırılıb. Alimin şəxsi kitabxanasından əldə edilmiş bəzi qiymətli əlyazma abidələri də tədqiqata cəlb edilib.
Kitabın II hissəsi “Qazıxana dəftəri” adlanır. Bu əlyazma kitabı Xalisəqarızadənin Şəki şəhərinin baş qazisi işlədiyi dövrdəki fəaliyyəti ilə sıx bağlıdır. Alimin tərtib etdiyi bu əlyazma XIX yüzillikdə Şəkidə ailə hüququ, səhiyyə tarixi, yer adları və tanınmış şəxsiyyətlər haqqında məlumatların öyrənilməsi baxımından olduqca dəyərli qaynaqdır.
Hərtərəfli biliyə sahib, onlarla dərsliyin müəllifi olan Xalisəqarızadə həm də gözəl katib və xəttat olub. Əldə olan 300-dən artıq Azərbaycan və Şərq klassiklərinin əsərlərinin əlyazmaları onun qələminin məhsuludur.
Kitabın elmi redaktoru akademik Teymur Kərimlidir.
Əbdülqəni Nuxəvi Xalisəqarızadənin zəngin elmi irsi, o cümlədən “Qazilik dəftəri” AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunur.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
31.10.18 XVI ƏSR AZƏRBAYCAN ŞAİRİ “RUHİ BAĞDADİ” HAQQINDA TƏDQİQAT ƏSƏRİ ÇAPDAN ÇIXIB
04.10.18 FATİMEYİ-ZƏHRAYA HƏSR OLUNMUŞ TƏDQİQAT İŞİ İŞIQ ÜZÜ GÖRÜB
29.06.18 İSLAM ƏQAİDİ VƏ DİNİ-FƏLSƏFİ ELMLƏR SIRASINDA ONUN YERİ
15.05.18 TƏFSİRŞÜNASLIĞA DƏYƏRLİ TÖHFƏ

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla