CƏNUBİ AZƏRBAYCAN ŞAİRLƏRİNİN ANTOLOGİYASI İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



CƏNUBİ AZƏRBAYCAN ŞAİRLƏRİNİN ANTOLOGİYASI İŞIQ ÜZÜ GÖRÜB

03.04.19. Oxunma sayı: 117 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin “Cənubi Azərbaycan yazarları” layihəsindən olan altıncı kitab – “İllərin qanadında” adlı şeir antologiyası çapdan çıxıb. Kitab 1998-ci ildə Tehranda nəşr olunub, tərtibçisi Eloğludur. Müəllifin kimliyi haqqında məlumat yoxdur. Mətni transfoneliterasiya edib nəşrə hazırlayan Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyaldır.
Antologiyaya XX əsrdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində - Təbriz, Qaradağ, Urmiya və s. şəhərlərində yaşayıb-yaradan otuz şair haqqında ətraflı məlumat və onların əsərləri daxildir. Şairlərdən Ağyarlı, Miyanlı Əlirza, Ahəni, Leyla Kəhali və başqalarının adlarını misal göstərmək olar.
Eloğlunun dili sadə və anlaşılan olduğu üçün kitabın transfoneliterasiyası zamanı Azərbaycan dilinin cənub ləhcəsi olduğu kimi saxlanılıb.
Kitabın redaktoru Seyyid Əsri, rəyçiləri Qutiyera Cəfərova və fil.ü.f.d Lamiyə Cəfərovadır.



скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

02.04.19 İLK ANADİLLİ DƏRS VƏSAİTİ YENİDƏN NƏŞR OLUNUB
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
06.04.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ “MEHRİBAN ƏLİYEVA – AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN HAMİSİ” ADLI KİTABI NƏŞR EDİLİB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla