31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR ANIM TƏDBİRİ KEÇİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR ANIM TƏDBİRİ KEÇİRİLİB

01.04.19. Oxunma sayı: 100 TƏDBİRLƏR

Əlyazmalar İnstitutunda 31 mart 1918-ci il tarixində ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqırım qurbanlarının xatirəsi yad edilib. Tədbirin açılışında erməni vəhşiliyi nəticəsində qətlə yetirilmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov ötən əsrin əvvəllərində Çar Rusiyasının havadarlığı ilə erməni daşnaklarının törətdiyi qırğınlar haqqında məlumat verib. Natiq söyləyib ki, 1918-ci il martın 31-də təcavüzkar ermənilər təkcə Bakıda körpələr, qocalar, qadınlar da daxil olmaqla 12 minə yaxın Azərbaycanlını amansızcasına qətlə yetiriblər. P.Kərimov Əlyazmalar İnstitutunun binasının yerləşdiyi indiki İstiqlaliyyat küçəsinin də həmin qanlı hadisələrə şahid olduğunu diqqətə çatdırıb. Çıxışının sonunda o, bildirib ki, 31 mart soyqırımı, eləcə də Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə törədilmiş digər soyqırım hadisələri haqqında araşdırmalar daim davam etməlidir, erməni vəhşilikləri bütün dünyaya daha yüksək səslə çatdırılmalıdır.
Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov 1905-ci ildən başlayan erməni vəhşiliyinin 1918-ci il 31 mart tarixində daha geniş vüsət aldığını söyləyib. O, nəzərə çatdırıb ki, dinc sakinlərə qarşı qırğınlar təkcə Bakıda deyil, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Qarabağ və Naxçıvan bölgələrində də törədilirdi. Silahlı erməni dəstələri insanlığa sığmayan qəddarlıqla əhalini qətlə yetirir, şəhərləri, kəndləri xaraba qoyurdu.
Ümumi sayı 50 mindən çox olan 31 mart soyqırım qurbanları haqqında çıxış edən fil.ü.f.d. Yusif Bağırov təcavüzkar erməni daşnaklarının qanlı əməllərinin Çar Rusiyasının məqsədyönlü siyasətinin nəticəsi olduğunu söyləyib.
Digər çıxışçı, fil.ü.f.d. Aytən Quliyeva məlum hadisəyə Azərbaycanın Ümummilli lideri,  Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini və bunun nəticəsində Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu nəzərə çatdırıb.
Tədbirdə Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin hazırladığı erməni vəhşiliklərini əks etdirən videoçarx nümayiş etdirilib.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

25.02.19 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİ ANILIB
18.01.19 ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVARA HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
19.01.18 ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla