TEHRAN KİTABXANASINDAN SƏFƏVİLƏR DÖVRÜNDƏ YAŞAMIŞ AZƏRBAYCAN ŞAİRİNİN KÜLLİYATININ SURƏTİ ƏLDƏ EDİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



TEHRAN KİTABXANASINDAN SƏFƏVİLƏR DÖVRÜNDƏ YAŞAMIŞ AZƏRBAYCAN ŞAİRİNİN KÜLLİYATININ SURƏTİ ƏLDƏ EDİLİB

01.02.18. Oxunma sayı: 316 YENİ DAXİLOLMALAR

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından Səfəvilər dövründə yaşamış təbrizli Azərbaycan şairi Heydərinin farsca əsərlər külliyatının surətini əldə etmişdir. Buraya şairin divanı, müxtəlif münasibətlərlə yazdığı şeirlər, qəsidələr daxil edilmişdir. 294 səhifədən ibarət əlyazmada 1572-ci il tarixi qeyd edilmişdir. Təzkirələr göstərir ki, Heydəri gözəl şeirlər müəllifi olmuş, Məkkə və Mədinəni ziyarət etmiş, üç dəfə Hindistana getmiş, orada böyük hörmət qazanmış, sonra vətəninə qayıtmışdır.
Üçüncü Böyük Moğol imperatoru, əlli il hakimiyyətdə olmuş Cəlaləddin Məhəmməd Əkbər şaha (1556-1605) həsr etdiyi qəsidəyə görə yüksək məbləğdə - on min rupi mükafat, xalat və bir at almışdır. Heydərinin surətu əldə edilən külliyatında Əkbər şaha həsr edilmiş həmin qəsidə vardır. Şair XVI əsrin sonlarında vəfat etmişdir. Heydərinin müxtəlif münasibətlərlə yazdığı şeirlər dövrün mənzərəsini daha ətraflı təsəvvür etməyə kömək edir.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

10.01.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ İSTANBUL ŞƏHƏRİNDƏ ELMİ EZAMİYYƏTDƏ OLMUŞLAR
02.02.18 SEYYİD ZƏRGƏRİN “MİZANÜL-ƏDALƏT” ADLI KİTABI NƏŞR OLUNUB
17.02.18 KOLUMBİYA SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
06.02.18 ƏLYAZMALAR İNSTİTUTU BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTINƏ ÜZV SEÇİLMİŞDİR
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla