AYBƏNİZ ƏLİYEVA-KƏNGƏRLİ ANKARADA KONFRANSDA OLUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AYBƏNİZ ƏLİYEVA-KƏNGƏRLİ ANKARADA KONFRANSDA OLUB

19.03.19. Oxunma sayı: 182 EZAMİYYƏLƏR
8-10 mart tarixlərində Türkiyə Cümhuriyyəti Qazi Universitetinin Resim-İş Eğitimi Anabilim bölümü və Türk Sənət Toplumunun birgə təşkilatçılığı ilə  “Türk millətinin Alp qadınları” layihəsi çərçivəsində “Azərbaycanın qəhrəman qadınları” adlı konfrans keçirilib. Qazi Universiteti tərəfindən dördüncü dəfə təşkil olunan ənənəvi “Türk millətinin Alp qadınları” layihəsi çərçivəsində keçirilən builki konfrans Azərbaycan xalqının qəhrəman qadınlarına həsr olunub. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyeva-Kəngərli konfransda iştirak edib.
Konfransın əsas məramı yalnız müharibələrdə deyil, sosial həyatda, eləcə də müxtəlif sahələrdə mövcud olan çətinliklərə qarşı uğurla mücadilə aparan "Alp Qadını"nın qəhrəmanlıqlarını günümüzə daşımaqdan ibarət olub.
Tədbirin açılışında Qazi Universitetinin Rəsm-İş bölümünün müdiri professor Alev Kuru Çakmakoğlu, Azərbaycanın Türkiyədəki Səfirinin xanımı Zümrüd İbrahim, Təhsil müşavirimiz Nəcibə Nəsibova çıxış ediblər. Konfransda Aybəniz Əliyeva-Kəngərlinin “Azərbaycan nağıllarında qəhrəman qadın obrazları” adlıməruzəsi maraqla dinlənilib. Tədbirin sonunda A. Əliyeva-Kəngərli mükafatla təltif olunub, eyni zamanda ona sertifikat verilib. ​


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

25.02.19 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİ ANILIB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS
19.01.18 ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla