NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB

12.03.19. Oxunma sayı: 151 TƏDBİRLƏR / NƏSİMİ-650
2019-cu ilin Nəsimi ili elan olunması ilə əlaqədar tədbirlər planı çərçivəsində 12 mart 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adina Əlyazmalar İnstitutunda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli tədbiri açıq elan edərək sessiyanın məramı və məqsədi barədə məlumat verib. Elmi sessiyada giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. O, müstəqillik dövründə Nəsimi irsinə yenidən qayıdışın olduqca əhəmiyyətli olduğunu söyləyib və bu istiqamətdə zəngin ədəbi xəzinəyə malik Əlyazmalar İnstitutunun daha məsuliyyətli bir öhdəçiliyə sahib olduğunu vurğulayıb. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov görkəmli alim C.Qəhrəmanovun Nəsimi divanının elmi-tənqidi mətni əsasında etdiyi “Professor Cahangir Qəhrəmanovun nəsimişünaslıq fəaliyyəti” adlı məruzəsində alimin bu yöndə fəaliyyətinin bugünkü gənc nəsimişünaslara doğru bir istiqamət olduğunu vurğulayıb. Sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov “Nəsimi əsərlərinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan əlyazmaları”, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktorantı, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Hümbətova “Salman Mümtaz Nəsimi tədqiqatçısı kimi”, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Nəzrin Atabəyli “Nəsimi əlyazmalarının Türkiyə nüsxələri” mövzularında məruzə ediblər.
Tədbirin sonunda digər çıxışçılara söz verilib.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla