TÜRK ƏLYAZMALARI KATALOQU RUS DİLİNDƏ » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



TÜRK ƏLYAZMALARI KATALOQU RUS DİLİNDƏ

12.03.19. Oxunma sayı: 126 NƏŞRLƏR
Əlyazmalar İnstitutu “Türk əlyazmaları kataloqu” seriyasından “Naməlum müəlliflərin folklor abidələri və əlyazmaları” adlanan I cildini rus dilində nəşr etdirib. Folklor nümunələrinin təsviri və tərtibi fil.ü.f.d. Əli Məmmədbağıroğlu tərəfindən hazırlanıb. Kitabın redaktoru fil.ü.e.d. Paşa Kərimovdur. Kitabı Azərbaycan dilindən rus dilinə tərcümə edən İnstitutun əməkdaşı Tahirə Əliyevadır.
Kitaba Əlyazmalar İnstitutunda mühafizə olunan folklora dair müəllifsiz türk əlyazmalarının elmi-paleoqrafik təsviri daxildir. Təsvir olunan əlyazmalar əsasən XVII, XVIII, XIX və XX əsrin əvvəllərini əhatə edir. 375 ədəd yazılı nümunəyə dastanlar (“Kitabi-Koroğlu”, “Qəşəm xan və Gülüstan xanım”, “Şəhriyar və Sənubər”, “Dastani-dəvə” və s.), rəvayətlər (“Kəllənamə”, “İsmayılnamə”, “Möcüzəti-Nəbi”, “Hekayəti-Qureyş xan” və s.), nağıllar (“Padşahın oğlanları”, “Kəlilə və Dimnə”, “Tülkü və sağsağan” və s.), eləcə də müxtəlif məzmunlu şifahi xalq ədəbiyyatı nümunələri aiddir.
Sözügedən kataloq yalnız ölkədə deyil, digər türkdilli dövlətlərdə də böyük maraq doğurub.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

11.03.19 ZEYNƏDDİN CÜRCANİNİN KİTABI RUS DİLİNƏ TƏRCÜMƏ OLUNUB
01.02.19 NİZAMİ GƏNCƏVİNİN “LEYLİ VƏ MƏCNUN” POEMASI NƏFİS ŞƏKİLDƏ ÇAPDAN ÇIXIB
07.01.19 ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRİ
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
06.04.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ “MEHRİBAN ƏLİYEVA – AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN HAMİSİ” ADLI KİTABI NƏŞR EDİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla