RƏŞİD BƏY ƏFƏNDİYEVİN “BƏSİRƏTÜL-ƏTFAL” ƏSƏRİ NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



RƏŞİD BƏY ƏFƏNDİYEVİN “BƏSİRƏTÜL-ƏTFAL” ƏSƏRİ NƏŞR OLUNUB

11.03.19. Oxunma sayı: 148 NƏŞRLƏR
Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan maarifçisi və yazıçısı Rəşid bəy Əfəndiyevin (1863-942) “Bəsirətül-ətfal” (Uşaqların idrakı) əsəri çapdan çıxıb. Əsərin mətnini transfoneliterasiya edən institutun əməkdaşı Aynurə Məmmədovadır. Kitabın elmi redaktoru akademik Möhsün Nağısoyludur.
“Bəsirətül-ətfal” əsəri XX əsrin ilk Azərbaycan dərsliyi hesab edilir. Uşaqlar üçün tərbiyəvi xarakter daşıyan, onların idraki biliklərinin zənginləşməsinə yönəlmiş bu kitabda nəzmlə və nəsrlə yazılmış kiçik hekayələr, bəzi yazı nümunələri – məktub, dəvətnamə, təbriknamə yazmaq qaydaları, dini qaydalara düzgün riayət, eləcə də bir sıra ziyalılar haqqında məlumatlar yer alır.
A.Məmmədova əsərdə çətin anlaşılan ərəb-fars sözlərindən ibarət lüğət tərtib etmiş ki, bu da kitabın sonuna daxil edilib.
Qeyd etmək lazımdır ki, əsərin dili olduğu kimi saxlanılıb.



скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

16.07.18 XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİNİN AYNASI OLAN “TƏZKİREYI-NƏVVAB” YENİDƏN NƏŞR OLUNUB
29.06.18 İSLAM ƏQAİDİ VƏ DİNİ-FƏLSƏFİ ELMLƏR SIRASINDA ONUN YERİ
15.05.18 NOVBƏRİNİN “SEÇMƏ ŞEİRLƏR”İ OXUCULARIN İXTİYARINA VERİLİB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
02.02.18 SEYYİD ZƏRGƏRİN “MİZANÜL-ƏDALƏT” ADLI KİTABI NƏŞR OLUNUB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla