ZEYNƏDDİN CÜRCANİNİN KİTABI RUS DİLİNƏ TƏRCÜMƏ OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ZEYNƏDDİN CÜRCANİNİN KİTABI RUS DİLİNƏ TƏRCÜMƏ OLUNUB

11.03.19. Oxunma sayı: 144 NƏŞRLƏR
Əlyazmalar İnstitutunun əməkdaşı Zemfira Məmmədova XII əsrdə yaşamış görkəmli təbib Zeynəddin ibn Əbu İbrahim İsmayıl əl-Cürcaninin “Qədim dövr tibbinə dair kitabça” əsərini farscadan ruscaya tərcümə edib. Kitabın redaktorları Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini fil.ü.e.d. Paşa Kərimov və tar.ü.e.d. Fərid Ələkbərlidir.
Kitab Zeynəddin Cürcaninin “Zəxireyi-Xarezmişahi” (“Xarəzmşahın xəinəsi”) adlı tibbi əsərinin müxtəsər nüsxəsidir. İri həcmi “Zəxireyi-Xarezmişahi” əsəri ilə tanış olan Qızıl Arslan Əbu əl-Müzəffər ibn Xarəzmşah onun müxtəsər nüsxəsinin yazılmasını Cürcaniyə sifariş etmiş və beləliklə tibb alimi “Qədim dövr tibbinə dair kitabça” (“Xəfi-Əlayi”) əsərini ərsəyə gətirmişdir.
Kitabda insan sağlamlığı üçün faydalı məsləhətlərdən – fəsillərin insan orqanizminə təsiri, yemək-içmək qaydası, həcamət haqqında, eləcə də o dövrdə yayılmış xəstəliklərin müalicəsindən, müxtəlif xəstəliklərə qarşı hazırlanmış çoxlu sayda bitki və heyvan mənşəli dərmanlardan bəhs olunur.
Qeyd edək ki, Z.Məmmədova 2016-cı ildə sözügedən kitabı fars dilindən Azərbaycan dilinə tərcümə etmişdir (Zeynəddin ibn Əbu İbrahim İsmayıl əl-Cürcani – Xəfi-Əlayi (Xəstəliklər və onların müalicəsinin müxtəsər şərhi) ”Elm və Təhsil” 2016). Kitab böyük maraq doğurduğu üçün və onun tibb tarixinin öyrənilməsində yararlı ola biləcəyini nəzərə alaraq tərcüməçi əsəri ruscaya tərcümə edib. Bu kitab mütəxəsssislərlə yanaşı geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

12.02.19 CƏFƏR CABBARLININ ŞƏXSİ ARXİVİ RƏQƏMSALLAŞDIRILIR
08.12.18 AKADEMİK TEYMUR KƏRİMLİ ƏL-FƏRABİ ADINA QAZAXISTAN MİLLİ UNİVERSİTETİNİN YUBİLEY MEDALI İLƏ TƏLTİF OLUNUB
06.12.18 AKADEMİK TEYMUR KƏRİMLİ "ÇİNGİZ AYTMATOVUN DÜNYASI"NDA
29.06.18 ƏLYAZMALAR İNSTİTUTUNUN HƏMKARLAR KOMİTƏSİNİN SƏDRİ TƏLTİF OLUNUB
22.02.18 İNSTİTUTUN ƏMƏKDAŞI ISI-THOMSON REUTERS İNDEKSLİ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ ÜZV SEÇİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla