ƏLYAZMALAR İNSTİTUTUNDA 8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD EDİLDİ » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA 8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD EDİLDİ

08.03.19. Oxunma sayı: 101 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 Mart – Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirilib. İnstitutun Qadınlar Şurası, Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə təşkil olunmuş toplantını elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov açıb. O, İnstitutun elmi fəaliyyətində qadınların rolunu yüksək qiymətləndirərək, onların böyük zəhmət hesabına ərsəyə gətirdikləri əsərlərdən, kitablardan bəhs edib.
İnstitutunun Qadınlar Şurasının sədr müavini Firəngiz Hüseynova Azərbaycan elm tarixini fundamental araşdırmaları ilə zənginləşdirən qadın alimlərimizin adlarını sadalayaraq onların həyat və fəaliyyətləri haqqında ətraflı söhbət açıb.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə görkəmli ədəbiyyat nümayəndələrimizin yaradıcılığına istinad edərəkölkənin istər ictimai, istərsə də elmi mühitində qadınların önəmli rolunu vurğulayıb.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva məruzəsində tədbirdə iştirak edən xanımları təbrik etmiş, gənc alimlərin elmi nailiyyətlər əldə etməsində yaxından kömək edən qadın mütəxəssislərə təşəkkürünü bildirib. İştirakçılar tədbirin sonunda xatirə şəkli çəkdiriblər.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

25.02.19 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİ ANILIB
02.02.19 ƏLYAZMALAR İNSTİTUTUNDA "GƏNCLƏR GÜNÜ" QEYD OLUNUB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla