ƏRUZŞÜNASLIĞA DAİR YENİ MONOQRAFİYA » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏRUZŞÜNASLIĞA DAİR YENİ MONOQRAFİYA

07.03.19. Oxunma sayı: 204 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Elnurə Babayevanın “Əbdürrəhman Caminin “Risaleyi-Əruz”unun türkcə tərcüməsi və onun tekstoloji-filoloji xüsusiyyətləri” adlı kitabı işıq üzü görüb. Kitabın elmi redaktorları Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov və fil.ü.e.d., professor Tərlan Quliyevdir. Monoqrafiyanın rəyçiləri fil.ü.e.d. Nailə Səmədova və fil.ü.f.d. Nailə Mustafayevadır.
Təqdim olunan monoqrafik araşdırma klassik fars ədəbiyyatının ən böyük nümayəndələrindən biri XV əsrdə yaşayıb yaratmış Əbdürrəhman Caminin “Risaleyi-Əruz” əsəri haqqındadır. Tədqiqat işi Caminin farsca yazdığı bu əsərinin XIX əsrdə türkcəyə tərcümə olunmuş mətni üzərində aparılıb. Monoqrafiyada Əbdürrəhman Cami bir əruzşünas kimi tanıdılıb və onun “Risaleyi-Əruz” əsərinin osmanlıca tərcüməsinin tekstoloji xüsusiyyətləri tədqiq olunub. Əsərin orijinalı ilə Cəfər Təyyarın türkcəyə tərcümə etdiyi mətn arasındakı oxşar və fərqli filoloji xüsusiyyətlər araşdırılıb.
Bu araşdırma Azərbaycanda Əbdürrəhman Caminin “Risaleyi-Əruz” əsərinin türkcə tərcüməsi və onun tekstoloji-filoloji xüsusiyyətləri mövzusunda ilk addımdır.





скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

24.10.18 TİBBƏ DAİR ƏLYAZMALAR KATALOQU NƏŞR OLUNUB
16.07.18 NİZAMİ VƏ ZƏRDÜŞTİLİK MÖVZUSUNDA ƏTRAFLI ARAŞDIRMA
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla