ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ İSTANBUL ŞƏHƏRİNDƏ ELMİ EZAMİYYƏTDƏ OLMUŞLAR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ İSTANBUL ŞƏHƏRİNDƏ ELMİ EZAMİYYƏTDƏ OLMUŞLAR

10.01.18. Oxunma sayı: 146 Beynəlxalq əlaqələr

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov və “Əlyazmaların elmi ekspozisiyası və təqdimi” şöbəsinin müdiri, tarix ü.f.d. Nigar Babaxanova və həmin şöbənin aparıcı elmi işçisi, fil.ü.f.d. Aynur Nəcəfova “Azərbaycanın görkəmli şəxsiyyətlərinin imzaları və epistolyar irs” adlı elmi tədqiqat layihəsi çərçivəsində 26-30 dekabr 2017-ci il tarixində Türkiyə Respublikasının İstanbul şəhərində elmi ezamiyyətdə olmuşlar.
Alimlərimiz İstanbul Universitetinin Mərkəzi Kitabxanasında, həmin universitetin Nadir Əsərlər Kitabxanasında və İstanbulda yerləşən Ahmet Hamdi Tanpınar Ədəbiyyat Muzey Kitabxanasında azərbaycanlı müəlliflərin əlyazmaları ilə bağlı tədqiqat aparmış, bundan əlavə görkəmli türk şairi Nazim Hikmətin bəzi şeirlərinin, anasına yazdığı məktubların əlyazmalarının surətini əldə etmişlər.






скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

02.02.18 SEYYİD ZƏRGƏRİN “MİZANÜL-ƏDALƏT” ADLI KİTABI NƏŞR OLUNUB
03.02.18 BBC-nin ƏMƏKDAŞLARI ƏLYAZMALAR İNSTİTUTUNDA
17.02.18 KOLUMBİYA SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
06.02.18 ƏLYAZMALAR İNSTİTUTU BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTINƏ ÜZV SEÇİLMİŞDİR
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla