ƏLYAZMALAR İNSTİTUTU İLƏ BEYNƏLXALQ TÜRK-QAZAX UNİVERSİTETİ ƏMƏKDAŞLIQ EDƏCƏK » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTU İLƏ BEYNƏLXALQ TÜRK-QAZAX UNİVERSİTETİ ƏMƏKDAŞLIQ EDƏCƏK

21.02.19. Oxunma sayı: 214 BEYNƏLXALQ ƏLAQƏLƏR
21 fevral tarixində Xoca Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin Qəyyumlar Şurasıının sədri, professor dr. M.Yıldız, Yunis İmrə İnstitutunun Bakı filialının direktoru, dosent-doktor Cihan Özdemir, Türkiyə Mədəniyyət Nazirliyinin nümayəndəsi Alim Qorkmaz Azərbaycan Milli Elmlər Akademiyasi Məhəmməd Füzuli adina Əlyazmalar İnstitutunda olublar. Qonaqları İnstitutun direktoru, akademik Teymur Kərimli, İnsititutun elmi işlər üzrə direktor müavinləri fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d. Paşa Kərmov, elmi katib, dosent Əzizağa Nəcəfov qarşılayıb. Akademik T.Kərimli qonaqlara İnstitutda mühafizə edilən qədim yazılı abidələr, onların bərpası, elektronlaşdırılması, aparılan tədqiqat işləri barədə müfəssəl məlumat verib. Akademik Əlyazmalar İnstitutunun Ulu Öndər Heydər Əliyevin birbaşa göstərişi ilə yarandığını və fonddan böyük tədqiqat institutuna çevrildiyini bildirib. O, bu gün də institutun ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.
Sonra söz alan Xoca Əhməd Yasəvi adina Beynəlxalq Qazax-Türk Universitetinin Qəyyumlar Şurasıının sədri, professor dr. M.Yıldız Universitetin 1991-ci ildə, Qazaxıstanın yenicə müstəqilliyə başladığı bir dönəmdə yarandığını, bütün türk dünyasını əhatə etdiyinin bildirib. M.Yıldız tarixən türk dünyasının böyük hissəsinin Türküstan adı altında birləşdiyini, sonralar türk sözünün unutdurulması məqsədilə onun Orta Asiya kimi təqdim edildiyni xatırladıb. Universitetin əsas məqsədlərindən birinin türk dilini öyrətmək olduğunu qeyd edən M.Yıldız, tələbələrin əksəriyyətinin bir il müddətinə hazırlıq keçdiyini və həmin dövrdə onlara türk dilinin öyrədildiyini vurğulayıb.
Görüşün sonunda AMEA Məhəmməd Füzuli adina Əlyazmalar İnstitutu ilə Əhməd Yasəvi adina Beynəlxalq Qazax-Türk Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə tərəflərin onlara məxsus fond­­larda mövcud olan və Türk xalqlarının ortaq mədəni irsi hesab edilən türkdilli kitab abidələrinin, o cümlədən qədim əlyazma və əski çap kitablarının birgə tədqiq və təbliğ edil­məsini, bərpa və mühafizə olunmasını, həmin irsin rəqəmli fondunun yaradılmasını, müvafiq istiqamətlər üzrə birgə elmi-mədəni təcrübə mübadiləsi apar­mağı nəzərdə tutur.
İmzalanma mərasimindən sonra qonaqlar institutun sərgi salonunda olub və xatirə kitabına ürək sözlərini yazıblar.



© Fotolar Seyfəddin Məsimoğlunundur 
скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

20.02.19 YUNİS İMRƏ İNSTİTUTUNUN DİREKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
18.01.19 ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVARA HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla