YUNİS İMRƏ İNSTİTUTUNUN DİREKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



YUNİS İMRƏ İNSTİTUTUNUN DİREKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

20.02.19. Oxunma sayı: 174 BEYNƏLXALQ ƏLAQƏLƏR
19 fevral 2019-cu il tarixində Yunis İmrə İnstitutunun Bakı filialının direktoru, dosent-doktor Cihan Özdemir AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qonaq olub. Hörmətli qonağı Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli qəbul edib. Görüşdə qonağa son zamanlar Əlyazmalar İnstitutunda türkdilli əlyazmaların kataloqlaşması, tədqiqi və elektronlaşması sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verilib.
Qonaq da öz növbəsində Türkiyəli mətnşünas və ədəbiyyatşünas alim professor-doktor Muhsin Macitin dünyanın müxtəlif ölkələrinin kitabxana və arxiv fondlarında qorunan əlyazma nüsxələri əsasında hazırladığı Şah İsmayıl Xətai “Divan”ının tənqidi mətnini hədiyyə edib. O,bildirib ki, bu kitabın hazırlanmasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan əlyazmalardan da istifadə olunub. Doktor Muhsin Macitin salamlarını çatdıran doktor Cihan Özdemir onun adından Xətai “Divan”ının bəzi Şərq ölkələrində mövcud əlyazma nüsxələrinin sürətlərinin əldə olunmasında göstərdiyi dəstəyə görə Əlyazmalar İnstitutunun rəhbərliyinə öz təşəkkürünü bildirib.
Sonra tərəflər Türkiyə Cümhuriyyətində Azərbaycan müəlliflərinin və Azərbaycanla bağlı əlyazmaların surətlərinin vahid mərkəzdən – Süleymaniyyə Kitabxanasından Bakıya, Əlyazmalar İnstitutuna gətirilməsi prespektivlərini müzakirə etmişlər.
Görüşdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli və elmi katib filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov da iştirak etmişlər.





© Fotolar Seyfəddin Məsimoğlunundur 
скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

12.02.19 ELMİ ŞURADA PAŞA KƏRİMOVUN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB
16.01.19 HAFİZ PAŞAYEV ƏLYAZMALAR İNSTİTUTUNUN QONAĞI OLUB
12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla