İNSTİTUTUNUN ƏMƏKDAŞLARI “CLARIVATE ANALYTICS”İN SEMİNARINDA » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



İNSTİTUTUNUN ƏMƏKDAŞLARI “CLARIVATE ANALYTICS”İN SEMİNARINDA

14.02.19. Oxunma sayı: 160 TƏDBİRLƏR
Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutunun bir qrup əməkdaşı “Clarivate Analytics” şirkətinin Bakıda keçirdiyi seminarda iştirak edib. AMEA-nın Beynəlxalq əlaqələr idarəsinin təşəbbüsü ilə keçirilmiş tədbirdə “Web of Science” elmi indeksləşdirmə bazasından istifadə məsələlərinə toxunulub, AMEA əməkdaşlarının bu sahədəki fəaliyyətinin optimallaşdırılması yolları araşdırılıb. Tədbirdə “Clarivate Analytics” şirkətinin eksperti Valeriya Kurmakayeva AMEA-nın İctimai Elmlər Bölməsinin elmi müəssisə və təşkilatlarının əməkdaşlarına elmi məqalələrin beynəlxalq standartlara uyğun tərtibi, dərc olunmaq üçün müvafiq və nüfuzlu jurnalların axtarılıb tapılması istiqamətində tövsiyələr verib, aşağı reytinqli, məqalələri yoxlamadan tez bir zamanda dərc edən elmi jurnallardan uzaq durmağa çağırıb.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

25.01.19 AKADEMİK TEYMUR KƏRİMLİNİN SƏDRLİYİ İLƏ İCLAS KEÇİRİLİB
18.01.19 ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVARA HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
05.03.18 ƏMƏKDAŞIMIZ “WEB OF SCIENCE” MƏLUMAT PLATFORMASI ÜZRƏ SERTİFİKASİYA PROQRAMINDA İŞTİRAK EDİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla