SEYYİD ZƏRGƏRİN “MİZANÜL-ƏDALƏT” ADLI KİTABI NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



SEYYİD ZƏRGƏRİN “MİZANÜL-ƏDALƏT” ADLI KİTABI NƏŞR OLUNUB

02.02.18. Oxunma sayı: 203 NƏŞRLƏR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevər Cabbarlının tərtib edib, nəşrə hazırladığı kitabda XIX əsr Bakı-Abşeron mühitinin yetirməsi olan Seyyid Zərgərin məşhur İran şairi Sədi Şirazinin “Bustan” əsərindən Azərbaycan dilinə etdiyi nəzmlə tərcüməsi ilk dəfə oxucuların ixtiyarına təqdim olunub. Kitabın ərsəyə gəlməsində AMEA-nın Məhəhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan nüsxələrdən istifadə olunub. Tərtibçi fil.ü.f.d. Sevər Cabbarlı kitaba “Mizanül-ədalət” başlıqlı geniş ön söz yazmış, əsərin sonuna çətin anlaşılan sözlərin lüğətini əlavə etmişdir.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

03.02.18 BBC-nin ƏMƏKDAŞLARI ƏLYAZMALAR İNSTİTUTUNDA
17.02.18 KOLUMBİYA SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
06.02.18 ƏLYAZMALAR İNSTİTUTU BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTINƏ ÜZV SEÇİLMİŞDİR
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA
10.11.17 ƏLYAZMALAR İNSTİTUTUNDA SABAH QRUPUNUN TƏLƏBƏLƏRİ ÜÇÜN NÖVBƏTİ MÜHAZİRƏ OXUNUB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla