CƏFƏR CABBARLININ ŞƏXSİ ARXİVİ RƏQƏMSALLAŞDIRILIR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



CƏFƏR CABBARLININ ŞƏXSİ ARXİVİ RƏQƏMSALLAŞDIRILIR

12.02.19. Oxunma sayı: 32 Nailiyyətlər
Məlum olduğu kimi, 2018-ci il dekabr 17-də Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyev Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq, Cəfər Cabbarlının Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv materiallarının rəqəmsallaşdırılmasına start verilib.
 XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist Cəfər Cabbarlının şəxsi arxivində hazırda 2000-dən çox sənəd qorunur. Arxiv materiallarının rəqəmsallaşdırılması həmin sənədlərdə olan məlumatların elektron versiyanın istifadəçilərə çatdırılmasını, bununla da orijinalın qorunmasını təmin etməyi nəzərdə tutur. Artıq Əlyazmalar İnstitutunun "Elektron resurslar" şöbəsi 759 saxlama vahidi təşkil edən arxiv sənədlərinin 39-unun elektron versiyasını hazırlayıb başa çatdırıb. Bu istiqamətdə işlər davam etdirilir.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

24.10.18 ŞAİR VAHİD ƏZİZ ÖZ ŞƏXSİ ARXİVİNİ ƏLYAZMALAR İNSTİTUTUNA HƏDİYYƏ EDİB
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.18 AKADEMİK TEYMUR KƏRİMLİ-65
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla