AMEA MƏHƏMMƏD FÜZULİ ad. ƏLYAZMALAR İNSTİTUTUNDA İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLƏCƏK » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AMEA MƏHƏMMƏD FÜZULİ ad. ƏLYAZMALAR İNSTİTUTUNDA İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLƏCƏK

12.02.19. Oxunma sayı: 111 Elanlar
E L A N

AMEA MƏHƏMMƏD FÜZULİ ad. ƏLYAZMALAR İNSTİTUTUNDA İMADƏDDİN NƏSİMİNİN
650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLƏCƏK

2019-cu ilin iyun ayında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnsti­tutun­da böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “İmadəddin Nəsimi: sələflər və xələflər - Orta əsrlər əlyazmaları və Azər­­­baycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XVII elmi-nəzəri kon­­frans keçiriləcək.
Konfrans Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Böyük Azər­­baycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haq­­qında” 15 noyabr 2018-ci il tarixli Sərəncamı və “Nəsimi ili” çərçivəsində baş tu­ta­caq.
Tədbirdə Nəsiminin həyat və yaradıcılığı; şairin zəngin bə­­dii irsinin tədqiq, təb­liğ və tər­cümə problemləri; Nəsimi ardıcıllarının bə­­dii dünyası; hüru­fi­­lik ideya-fəl­səfi cərəyanı və həmin cərəyanın görkəmli nü­ma­­yəndələrinin söz-sə­nət aləmi ilə bağlı mə­ru­zələr dinləniləcək.

KONFRANSDA MƏRUZƏ İLƏ İŞTİRAK ŞƏRTLƏRİ:
  • Konfransa təqdim edilən materiallar orijinal və daha əvvəlcə dərc edilməmiş ol­malı, konfransın tematikası ilə uyğunluq təşkil etməlidir;
  • Kon­fransın əsas işçi dili Azərbaycan dilidir. Məruzələrin mətni Türk, İn­­­­gi­­­lis və Rus dillərində də ola bilər;
  • Mü­əl­liflər məqalələrini şəxsən Təşkilat Komitəsinə təqdim edə və ya şəxsi elektron poçt ünvanlarından istifadə etməklə konfrans.elyazma@mail.ru e-poçt ün­va­nına gön­də­rə bilərlər;
“KONFRANS MATERİALLARI”NDA DƏRC OLUNACAQ
MƏQALƏLƏRİN TƏRTİBİ QAYDALARI:
  • Məqalə 12 ölçülü Times New Roman şrifti ilə, sətirlərarası 1 interval aralıqla tər­­tib olunmalıdır;
  • Mətn vərəqində hər tərəfdən 2 sm. boşluq olmalıdır;
  • Müvafiq xülasə və ədəbiyyat siyahısı da daxil olmaqla, məqalənin ümumi həcmi 3500 sözdən və ya 10 səhifədən artıq olmamalıdır;
  • Məqalənin sonunda İngilis və Rus dillərində (məruzə mətni İngilis və ya Rus di­lin­­də ol­duq­da isə Azər­baycan dilində və digər müvafiq dildə*) xülasə olmalıdır. Xü­­la­sə­də müvafiq xa­ri­ci dil­lər­də müəllifin adı və soyadı, onun aşağısında sərlövhə, bir sətir aşa­ğı­da isə icmal mətn əks olunmalıdır. Burada yığcam şəkildə möv­zu­nun ak­tu­al­lı­ğı, el­mi əhəmiyyəti, əldə olunmuş yeniliklər və nəticələr veril­mə­li­dir;
  • Yazılara kompüterdə səhifə nömrəsi verilməməlidir;
  • Sərlövhə böyük hərflərlə (Caps Lock), tünd rəngdə (bold) mərkəzdə yazıl­malı­dır;
  • Məqalə sərlövhəsinin altında müəllifin adı, soyadı, təmsil etdiyi təşkilatın adı, var­sa elmi dərəcəsi və elmi adı, elektron poçt ünvanı göstərilməlidir;
  • Məqalədə istifadə edilən bütün ədəbiyyat və internet resursları məqalənin so­nun­da əlifba sırası ilə düzülməli və mətndəki istinadlar həmin sıraya uyğun nöm­rə­­lən­­mə­li­dir. Məsələn: (1, s.5).
  • İstifadə edilən ədəbiyyat siyahısı tərtib edilərkən istinad olunmuş mənbənin bü­tün buraxılış gös­təri­ciləri (müəllif, sərlövhə, nəşr ili və yeri, ümumi səhifə, in­ter­net ünvanı, DOI və s.) dəqiq əks olunmalı, Azər­bay­can Respublikası Prezidenti ya­­nın­da Ali At­tes­ta­siya Komissiyasının elmi mətnlərdə istinadetmə qaydalarına əməl olun­­ma­lı­dır:
  • Elmi dərəcəsi olmayan müəlliflərin elmi rəhbərinin (və ya elmi rəyçisinin) adı, so­yadı, elmi dərəcəsi (varsa elmi adı da), məqalənin sonunda göstərilməlidir (Mə­qa­lə­­­d­əki mə­lumatların səhihliyinə və araşdırmanın orijinallığına görə məsuliy­yə­ti elmi rəh­bər (elmi rəyçi) və müəllif daşıyır);
  • Təşkilat Komitəsinin qarşıya qoyduğu bu tələbləri ödəməyən məqalələr çap edil­mə­­­­yə­cək­dir.
TƏŞKİLAT KOMİTƏSİ:
AMEA MƏHƏMMƏD FÜZULİ ADINA
ƏLYAZMALAR İNSTİTUTU
Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi 26.
Tel.: (+994 12) 492 31 97
Veb-sayt: www.manuscript.az
E-mail: info@manuscript.az
скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla