ƏLYAZMALAR İNSTİTUTUNDA "GƏNCLƏR GÜNÜ" QEYD OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA "GƏNCLƏR GÜNÜ" QEYD OLUNUB

02.02.19. Oxunma sayı: 91 Tədbirlər
Əlyazmalar İnstitutunda Gənclər günüAMEA Məhəmmıd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan gəncləri gününə həsr edilmiş tədbir keçirilib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə elmi işlər üzrə direktor müavinləri, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d. Paşa Kərimov və elmi katib fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyeva-Kəngərli Gənclər Günü münasibətilə gənc əməkdaşları təbrik edib, onlara həyatda və elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. O, institut rəhbərliyi tərfindən gənclərə daim xüsusi diqqət və qayğı göstərilməsindən danışıb və gənclərin də hər zaman bu etimadı doğrultduğunu vurğulayıb.
Sonra söz alan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fil.ü.f.d. Aytən Quliyeva Ümummilli Lider Heydər Əliyevin xüsusi Sərəncamı ilə təsis ediləm bu bayram gününün tarixi əhəmiyyətindən bəhs edib. O, Ümummilli Liderin əsasını qoyduğu Dövlət gənclər siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixində imzaladığı “Azərbaycan gəncləri 2017-2021-ci illərdə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamının Respublikada gənc nəslin hərtərəfli inkişafına böyük töhfələr verdiyini qeyd edib və gənc alimlər üçün böyük perspektivlər yaratdığını bildirib.
Tədbirdə çıxış edən fil.ü.f.d. Tünzalə Seyfullayeva Gənc Alim və Mütəxəssislər Şurasının gənclərin qarşısına qoyduğu vəzifələrdən söz açıb. Tədbirin sounda çıxış edən ilah.ü.f.d., dosent Əkrəm Həsənov isə AMEA-da Gənc Alim və Mütəxəssislər Şurasının yaranması tarixindən və onun son illər ərzində gördüyü işlərdən danışıb. O, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının yeni seçilən Büro üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda gənclər xatirə şəkli çəkdiriblər.

© Foto Seyfəddin Məsimoğlunundur 
скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

18.01.19 ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVARA HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
19.01.18 ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla