NİZAMİ GƏNCƏVİNİN “LEYLİ VƏ MƏCNUN” POEMASI NƏFİS ŞƏKİLDƏ ÇAPDAN ÇIXIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



NİZAMİ GƏNCƏVİNİN “LEYLİ VƏ MƏCNUN” POEMASI NƏFİS ŞƏKİLDƏ ÇAPDAN ÇIXIB

01.02.19. Oxunma sayı: 46 Nəşrlər
“Şərq-Qərb” nəşriyyatı dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını nəfis şəkildə çap edib. Qeyd edək ki, kitab AMEA-nın klassik irs seriyasından Nizami Gəncəvi yaradıcılığının nəşri layihəsi çərçivəsində hazırlanıb.Layihənin rəhbəri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, redaktoru Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Kitaba M.Füzuli adına Əlyazmalar İnstitunun direktoru, akademik Teymur Kərimli “Ərəb paltarlı türkün talesizliyi” adlı tutarlı önsöz yazmış və şairin soy-kökü məsələsinə bir daha aydınlıq gətirmişdir. Qum versiyasını və “rəiseyi-qord” birləşməsi kimi elmi əsası olmayan ehtimalları təkzib edən alim şairin Gəncədə doğulub böyüdüyünü və atasının türk olduğunu elmi-məntiqi dəlillərlə təsdiqləyir.
Xalq şairi Səməd Vurğun tərəfindən böyük sənətkarlıqla Azərbaycan dilinə çevrilən bu əsər Əməkdar rəssam Fəxrəddin Əlinin ustalıqla çəkdiyi rəsm nümunələri ilə oxuculara təqdim edilib.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
02.10.18 AKADEMİK TEYMUR KƏRİMLİ-65
01.10.18 NİZAMİ GƏNCƏVİNİN “XOSROV VƏ ŞİRİN” POEMASI NƏFİS ŞƏKİLDƏ NƏŞR OLUNUB
31.05.18 MƏHƏMMƏD FÜZULİ “DİVAN”ININ “DÜNYA YADDAŞI” BEYNƏLXALQ REYESTRINƏ DAXİL EDİLMƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla