“ƏLYAZMALAR İNSTİTUTUNDA MÜHAFİZƏ OLUNAN DÖVRİ MƏTBUATIN KATALOQU” NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“ƏLYAZMALAR İNSTİTUTUNDA MÜHAFİZƏ OLUNAN DÖVRİ MƏTBUATIN KATALOQU” NƏŞR OLUNUB

27.01.19. Oxunma sayı: 80 Nəşrlər
“Elm” nəşriyyatında “Əlyazmalar İnstitutunda mühafizə olunan dövri mətbuatın kataloqu” adlı kitab nəşr olunub. Kitabı Səadiyə Xanlarova tərtib edərək nəşrə hazırlayıb.
Qeyd edək ki, Əlyazmalar İnstitutunda 716 adda 2267 sayda dövri mətbuat nümunəsi saxlanılır. Onlar dil baxımından da rəngarəngdirlər. Burada Azərbaycan, türk, rus, fars, ərəb, polyak, ləzgi, tatar, özbək, avar, qumuq, tacik, türkmən, qazax, alban dillərində nəşr olunmuş qiymətli mətbuat nümunələri vardır. Kataloqda hər bir dildə olan nümunə barədə ətraflı məlumat verilib. İnstitutda saxlanılan mətbu orqanları arasında “Əkinçi”, “Kaspi” qəzetləri və “Molla Nəsrəddin” jurnalı kimi milli mətbuat tariximizdə önəm daşiyan incilər də vardır.
Kataloqun redaktoru tarix üzrə elmləri doktoru Tahirə Həsənzadədir.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
14.03.18 YAPON MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla