AKADEMİK TEYMUR KƏRİMLİNİN SƏDRLİYİ İLƏ İCLAS KEÇİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİNİN SƏDRLİYİ İLƏ İCLAS KEÇİRİLİB

25.01.19. Oxunma sayı: 113 Tədbirlər
Humanitar Elmlər Bölməsinin büro iclası Yanvarın 25-də AMEA-nın Humanitar Elmlər Bölməsinin büro iclası keçirilib. Tədbirdə büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər. İclası bölmənin akademik-katibi, akademik Teymur Kərimli açaraq iştirakçıları gündəlikdəki məsələrlə tanış edib. Tədbirdə ilk olaraq elmi-təşkilati məsələlərə baxılıb. Bölmənin elmi müəssisələrinin, həmçinin kənar təşkilatların humanitar elmlər sahəsində 2018-ci ildə əldə etdikləri mühüm nəticələri müzakirə olunub. Mühüm elmi nəticələrin müəllifi olan alimlər elmi nailiyyətlərinə dair təqdimatlarla çıxış ediblər. Çıxışlar dinlənildikdən sonra bölmə müvafiq qərar qəbul edib. Bölmənin digər qərarları ilə Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının tərkibində dəyişiklik, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Tədbirdə kadr məsələləri də müzakirə olunub. Bölmə sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərvanə Əliyevanın Memarlıq və İncəsənət İnstitutunun Təhsil şöbəsinin müdiri vəzifəsinə təsdiq edilməsi haqqında qərar qəbul edib. Filologiya üzrə fəlsəfə doktoru İlahə Qurbanlı isə Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin böyük elmi işçisi vəzifəsinə təsdiq edilib. Sonda bir sıra cari məsələlərə baxılıb.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

11.12.18 İNSTİTUT DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla