ƏLYAZMALAR İNSTİTUTU “TÜRK ƏDƏBİYYATINA İLK QƏDƏM” DƏRSLİYİNİ YENİDƏN NƏŞR EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTU “TÜRK ƏDƏBİYYATINA İLK QƏDƏM” DƏRSLİYİNİ YENİDƏN NƏŞR EDİB

23.01.19. Oxunma sayı: 174 NƏŞRLƏR
Bu günlərdə “Elm” nəşriyyatı 1914-cü ildə Mahmud Mahmudbəyov və Abbas Səhhətin birgə hazırladıqları “Türk ədəbiyyatına ilk qədəm” adlı dərsliyin transfonoliterasiya olunmuş variantını çap edib. Qeyd edək ki, dərslik 1906-cı ildə Bakıda keçirilmiş Müəllimlərin Birinci Qurultayının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq tərtib edilib. Həyatını pedoqoji fəaliyyətlə bağlayan Mahmud Mahmudbəyov redaktorluq etdiyi “Rəhbər” jurnalında da maarifçilik ideyalarını, xalq təhsilinin problemlərini müntəzəm işqlandırıb. “Türk ədəbiyyatına ilk qədəm” ali məktəb tələbələri və orta məktəbdə təhsil alan gənclər üçün nəzərdə tutulub.
Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun Elmi Şurasının qərarı ilə nəşr olunub. Kitabın elmi məsləhətçisi filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva -Kəngərli, tərtib edib nəşrə hazırlayan və önsözün müəllifi Səadət Nəsirovadır. “Türk ədəbiyyatına ilk qədəm” kitabının elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağır oğludur.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.12.18 İNSTİTUT DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla