BBC-nin ƏMƏKDAŞLARI ƏLYAZMALAR İNSTİTUTUNDA » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



BBC-nin ƏMƏKDAŞLARI ƏLYAZMALAR İNSTİTUTUNDA

03.02.18. Oxunma sayı: 175 Beynəlxalq əlaqələr

Məlum olduğu kimi, BBC Dünya Televiziya Təşkilatının 6-cı kanalı “Bakının tarixi və incəsənəti” adlı sənədli filmin çəkilişi üçün Azərbaycan Dövlətindən rəsmi akkreditasıya almış və yanvar ayının 27-dən respublikamızda çəkilişlər aparmaqdadır. Kanalın əməkdaşları razılaşmaya uyğun olaraq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda da olmuşlar. Onlar Sərgi salonunda nümayiş etdirilən qədim əlyazma və minatürlarla tanış olmuş, Xatirə kitabına ürək sözlərini yazmışlar.
Görüş zamanı televiziya əməkdaşları Əlyazmalar İnstitutun fəaliyyət istiqaməti, tarixi, orada nümayiş etdirilən əlyazmalarla bağlı akademik Teymur Kərimlidən geniş müsahibə götürmüşlər.
Kanalın əməkdaşları fevralın 9-na dək Bakıda çəkilişlərə davam edəcək.




скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

17.02.18 KOLUMBİYA SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
06.02.18 ƏLYAZMALAR İNSTİTUTU BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTINƏ ÜZV SEÇİLMİŞDİR
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA
10.11.17 ƏLYAZMALAR İNSTİTUTUNDA SABAH QRUPUNUN TƏLƏBƏLƏRİ ÜÇÜN NÖVBƏTİ MÜHAZİRƏ OXUNUB

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla