ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVARA HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVARA HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB

18.01.19. Oxunma sayı: 198 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş elmi sessiya keçirilib. Tədbirin əvvəlində institutun əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edibılər. Sessiyanı institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli açaraq Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda tarix boyu qurbanlar verdiyini xatırladıb. O, 20 Yanvarı bugünkü müstəqilliyimizin başlanğaci və sonrakı qələbələrin ilk mjüqəddəs səhifəsi kimi xarakterizə edib. A.Əliyeva-Kəngərli sovet imperiyasının rəhbərliyinin göstərişi ilə Azərbaycanın hər tərəfdən informasiya blokadasına alındığı həmin günlərdə Ümummilli Lider Heydər Əliyevin birbaşa SSRİ paytaxtında qanlı hadisələrlə bağlı bəyanat yaymasını ən böyük tarixi addım adlandırıb. O, Ümummilli Liderin həmişə xalqın yanında olduğunu və onun təşəbbüsü ilə 20 Yanvara xüsusi status verildiyini vurğulayıb. A.Əliyeva-Kəngərli cənab Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailələrinə və həmin hadisələrdə əlil olmuş şəxslərə xüsusi qayğı göstərməsini onun Ulu Öndərin siyasətinə sədaqəti adlandırıb. O, sonda bir daha 20 Yanvar qurbanlarının xatirəsinin əbədi yaşayacağını deyib.
Əlyazmalar İnstitunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov da çıxışında öz xalqının azadlığı uğrunda şəhid olan insanların heç vaxt unudulmadığını bildirib. O,min illər öncə üç yüz spartalının azadlıq uğrunda mübarizə meydanına atıldığını xatırladıb və bu gün də həmin insanların yaddaşlarda yaşadığını deyib. Alim 20 Yanvar şəhidlərinin də belə insanlardan olduqlarını və tarixdə əbədi qalacaqlıarını qeyd edib. P.Kərimov onu da vurğulayıb ki, dünya birliyinin laqeyd münasibəti üzündən torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. O, bütün bunlara baxmayaraq son nəticədə Azərbaycanın dövlət başçısının müdrik siyasəti və xalqın iradəsi ilə ərazi bütövlüyümüzün bərpa olunacaqğına əmin olduğunu bildirib.
Daha sonra çıxış edən institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov 20 Yanvarın təkcə hüzn günü deyil, həm də qəhrəmanlıq, əyilməzlik, şərəf və ləyaqətgünü olduğunu vurğulayıb. O, müstəqillik yolunun məhz 20 Yanvarda başladığını, Ulu Öndər Heydər Əliyevin həmin gün Ümummilli Lider kimi xalqın yaddaşında yer aldığını diqqətə çatdırıb. Ə.Nəcəfov 20 Yanvar şəhidləri ilə 1918-ci il şəhidləri arasında paralellər aparıb və Azərbaycanın azadlığı yolunda müxtəlif zamanlarda şəhid olan insanların eyni ərazidə dəfn olunmalarının təsadüfi olmadığını bildirib. O, qeyd edib ki, bu faktlar bir daha müstəqillik və azadlığın yalnız qan bahasına əldə edildiyini təsdiqləyir. Ə.Nəcəfov ona görə də hər bir Azərbaycan vətəndaşını müstəqilliyimizin qədrini bilməyə çağırıb.
Tədbir boyunca ekranda Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin əməkdaşlarının hazırladıqları “Azadlığa gedən yol” adlı slayd nümayiş olunub.



© Fotolar Seyfəddin Məsimoğlunundur 
скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
19.01.18 ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla