ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRİ » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRİ

07.01.19. Oxunma sayı: 41 Nəşrlər
Əli Məmmədbağıroğlu. XVII əsr Azərbaycan əlyazma kitabı (paleoqrafiya və mətnşünaslıq məsələləri), Bakı: Elm və təhsil, 2018, 204 səh.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Əliyevin (Əli Məmmədbağıroğlu) yeni monoqrafiyası “Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis tərtibatda çap olunub. XVII əsrdə köçürülmüş Azərbaycan əlyazma kitablarının paleoqrafik və mətnşünaslıq məsələlərinin araşdırılmasına həsr olunan “XVII əsr Azərbaycan əlyazma kitabı” adlı monoqrafiyada minillik kitab tariximizin ayrı-ayrı tarixi mərhələlərdə sahib olduğu əlamətlər müqayisəli şəkildə oxuculara təqdim olunur.
Kitabşünaslıq, mətnşünaslıq mütəxəssislər və bu sahə ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan həmin kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimov, rəyçiləri isə filologiya üzrə elmlər doktorları Azadə Musayeva və Kamil Allahyarovdur.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

11.12.18 İNSTİTUT DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla