ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ MEHDİ HÜSEYNZADƏNİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ TƏDBİRDƏ İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ MEHDİ HÜSEYNZADƏNİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ TƏDBİRDƏ İŞTİRAK EDİB

23.12.18. Oxunma sayı: 52 Tədbirlər
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 23 iyun 2018-ci il tarixli sərəncamına uyğun olaraq Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi əfsanəvi qəhrəmanın adını daşıyan Abşeron rayonu, 1 saylı Novxanı kənd tam orta məktəbində təntənəli şəkildə qeyd olunub. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın, respublika ictimaiyyətinin tanınmış nümayəndələrinin və qəhrəmanın ailə üzvlərinin iştirak etdiyi yubiley tədbirinə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov da qatılıb.
Tədbirin əvvəlində Novxanı kəndində Azərbaycanın qəhrəman oğlunun şərəfinə ucaldılmış abidə önünə əklil qoyulub. Sonra tədbir iştirakçıları Mehdi Hüseynzadənin adını daşıyan məktəbdə onun xatirəsinə yaradılmış muzeylə tanış olub, məktəblilərin hazırladıqları ədəbi-bədii kompazisiyaya tamaşa ediblər.
Əlyazmalar İnstitununelmi katibi Əzizağa Nəcəfov qonaqlar, məktəbin müəllim və şagird kollektivi qarşısında çıxış edərək Mehdi Hüseynzadənin qısa və şərəfli ömür yolundan, onun uzaq Adriatik dənizinin sahillərində, Sloveniyada partizan qrupu tərkibində apardığı kəşfiyyat əməliyyatlarından danışıb. O, həmçinin qəhrəmanın bir rəssam, bir şair kimi də tanındığını bildirib, onun poetik və epistolyar irsi barədə söhbət açıb. Alim bu əfsanəvi şəxsiyyətin şəxsi arxiv materiallarının toplanaraq Əlyazmalar İnstitutuna təhvil verilməsinin də vacibliyini gündəmə gətirib.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

05.12.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ MEHDİ HÜSEYNZADƏNİN ƏDƏBİ İRSİ HAQQINDA MƏRUZƏ ETDİ
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
02.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLƏN TƏDBİRİNDƏ İŞTİRAK EDİB
04.04.18 FƏXRƏDDİN ƏLİ-80

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla