KOLUMBİYA SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN



KOLUMBİYA SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

17.02.18. Oxunma sayı: 278 Beynəlxalq əlaqələr

13 fevral 2018-ci il tarixdə Kolumbiya Respublikasının Azərbaycandakı səfiri Marta Galindo AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. Kolumbiya səfirini institutun direktor müavinləri, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d. Paşa Kərimov, elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov qarşılayıb. Görüş zamanı Kolumbiya Respublikasının müvafiq institutları ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnsititutu arasında əlaqələrin genişləndirilməsi, kadr mübadiləsi, birgə layihələr əsasında elmi-tədqiqat işləri aparmaq və s. məsələlər müzakirə edilib. Qonaq Əlyazmalar İnstitutunun Sərgi salonunda, Əlyazmaların gigiyenası və bərpası labarotoriyasında, kitabxanada olub, institutun xatirə kitabına ürək sözlərini yazıb.












скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

06.02.18 ƏLYAZMALAR İNSTİTUTU BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTINƏ ÜZV SEÇİLMİŞDİR
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA
10.11.17 ƏLYAZMALAR İNSTİTUTUNDA SABAH QRUPUNUN TƏLƏBƏLƏRİ ÜÇÜN NÖVBƏTİ MÜHAZİRƏ OXUNUB

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla