ƏLYAZMALAR İNSTİTUTUNUN İLLİK HESABATI YÜKSƏK QİYMƏTLƏNDİRİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN İLLİK HESABATI YÜKSƏK QİYMƏTLƏNDİRİLİB

18.12.18. Oxunma sayı: 221 TƏDBİRLƏR
18 dekabr 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi Şuranın növbəti yığıncağı keçirilib. İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov iclasda institutun illik hesabatı ilə bağlı geniş məruzə ilə çıxış edib. Hesabat məruzəsində şöbələrdə aparılan tədqiqat işləri, çap olunan kitablar, elmi ezamiyyətlər, xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə bağlanan əməkdaşlıq müqavilələrinin icrası və digər məsələlər əhatə olunub.
Məruzə ətrafında institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov və institutun digər əməkdaşları çıxış etmişlər.
Sonda AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Məmmədova çıxış edərək hesabatı yüksək qiymətləndirdi və kollektivə növbəti ildə də uğurlar dilədi
Bütövlükdə hesabat qənaətbəxş hesab edildi.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla