İNSTİTUT “MANUSCRIPTS” JURNALININ YENİ SAYINI ƏLDƏ ETMİŞDİR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



İNSTİTUT “MANUSCRIPTS” JURNALININ YENİ SAYINI ƏLDƏ ETMİŞDİR

10.12.18. Oxunma sayı: 161 YENİ DAXİLOLMALAR
AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutuna Beyəlxalq Əlyazmalar Cəmiyyətinin “Manuscripts” (“Əlyazmalar”) jurnalının növbəti sayı (Vol. 70. No. 4) daxil olmuşdur. Jurnalıın bu nömrəsində dünyanın müxtəlif tarix muzeylərində mühafizə olunan əlyazmalar və nadir kitablar haqqında foto-sənədli məlumatlar verilmiş, şəxsi kolleksiyalarda mövcud olan qədim əlyazmaların qorunması, nümayişi və hərracı məsələlərinə toxunulmuş, Orta əsr əlyazmalarından bəhs edən əsərlərin biblioqrafiyası verilmişdir. Jurnalın bu sayındakı maraqlı məqalələrdən biri də tanınmış Birinci xanımlara aid əlyazma və avtoqraflar haqqındadır. Maraqlananlar jurnalın yeni sayı ilə İnstitutun “Beynəlxalq əlaqələr” şöbəsində (PDF şəklində əldə etmək üçün) və kitabxanada tanış ola bilərlər. Xatırladaq ki, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu 2018-ci ilin yanvar ayından Baş qərargahı ABŞ-da yerləşən Beynəlxalq Əlyazmalar Cəmiyyətinin tamhüqüqlu üzvüdür.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
13.06.18 KİTABXANIMIZA BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTİNİN “MANUSCRİPTS” JURNALININ YENİ SAYI DAXİL OLUB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla