AKADEMİK TEYMUR KƏRİMLİ ƏL-FƏRABİ ADINA QAZAXISTAN MİLLİ UNİVERSİTETİNİN YUBİLEY MEDALI İLƏ TƏLTİF OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ ƏL-FƏRABİ ADINA QAZAXISTAN MİLLİ UNİVERSİTETİNİN YUBİLEY MEDALI İLƏ TƏLTİF OLUNUB

08.12.18. Oxunma sayı: 178 NAİLİYYƏTLƏR
Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə Qazaxıstan Respublikasının Almatı şəhərində əl-Fərabi adına Qazaxıstan Milli Universitetində böyük şair və dramaturqun qazax dilinə tərcümə olunmuş şeirlərindən ibarət kitabın təqdimat mərasimi olub. Təqdimatda çıxış edənlər Hüseyn Cavidi bütün türk dünyasının ortaq dəyəri kimi qiymətləndiriblər. Şairin irsinin öyrənilməsinin xalqlarımız arasında əlaqələrin dərinləşməsi üçün böyük imkanlar yaratdığını qeyd ediblər.
Mərasimdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli də iştirak edib. O, ədibin 135 illik yubileyinin təkcə Azərbaycanda deyil, Türkiyə, Bolqarıstan kimi ölkələrdə də təntənə ilə qeyd edildiyindən danışaraq bildirib ki, Cavidin təkcə - “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü” – misrası şairin bütün yaradıcılıq fəlsəfəsini anlamağa kifayət edir. Akademik nəzərə çatdırıb ki, ortaq türk dilinin Cavid nümunəsini müasir dövürdə dilçilər və ədəbiyyatşünaslar daha dərindən öyrənməlidir.
Əl-Fərabi adına Milli Universitetdə “Azərbaycan tarixi və mədəniyyəti Mərkəzi”nin qurulması, eyni zamanda, Azərbaycan və Qazaxıstan elmi ictimaiyyəti arasında əlaqələrin yaradılmasındakı xidmətlərinə görə akademik Teymur Kərimli universitetin yubiley medalı ilə təltif olunub.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
31.05.18 MƏHƏMMƏD FÜZULİ “DİVAN”ININ “DÜNYA YADDAŞI” BEYNƏLXALQ REYESTRINƏ DAXİL EDİLMƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla