ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ MEHDİ HÜSEYNZADƏNİN ƏDƏBİ İRSİ HAQQINDA MƏRUZƏ ETDİ » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ MEHDİ HÜSEYNZADƏNİN ƏDƏBİ İRSİ HAQQINDA MƏRUZƏ ETDİ

05.12.18. Oxunma sayı: 419 TƏDBİRLƏR
Dekabrın 4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurasının təşəbbüsü ilə II Dünya müharibəsində qəhrəmanlıq göstərmiş igid partizan, leytenant Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 23 iyun 2018-ci il tarixli “Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan mərasimdə respublikamızın bir çox elm və mədəniyyət xadimləri ilə yanaşı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov da iştirak edib. O, universitetin professor-müəllim və tələbə heyəti qarşısında “Mehdi Hüseynzadənin bədii yaradıcılığı və epistolyar irsi” mövzusunda geniş məruzə etmişdir.


OXŞAR XƏBƏRLƏR:

10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla