ƏLYAZMALAR İNSTİTUTU BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTINƏ ÜZV SEÇİLMİŞDİR » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTU BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTINƏ ÜZV SEÇİLMİŞDİR

06.02.18. Oxunma sayı: 101 Mühüm xəbərlər
Əlyazmalar İnstitutunadək MDB ölkələrindən yalnız Rusiya və Ukraynadan olan bir neçə elmi tədqiqat müəssisəsi Beynəlxalq Əlyazmalar Cəmiyyətinin sıralarına qəbul edilmişdir. Artıq Cəmiyyətin vahid reyestrinə İnstitutun və ölkəmizin adı daxil edilmiş, digər üzvlərə İnstitutun fəaliyyəti və fondunda mühafizə olunan əlyazmalar barədə geniş məlumat çatdırılmışdır. Bununla yanaşı, İnstitutun əməkdaşları Cəmiyyətin ildə 4 dəfə nəşr olunan “Əlyazma” (“Manuscript”) adlı elmi jurnalına ödənişsiz abunəçilik əldə etmişlər. 2 yanvar 2018-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Baş qərargahı ABŞ-ın Kanzas ştatında yerləşən Beynəlxalq Əlyazmalar Cəmiyyətinə (International Manuscript Society) tamhüquqlu üzv seçilmişdir. 1948-ci ildə yaradılmış Beynəlxalq Əlyazmalar Cəmiyyəti 1953-cü ilədək “Avtoqraf və əlyazma kolleksionerlərinin Milli Cəmiyyəti” adı ilə fəaliyyət göstərmişdir.
Cəmiyyət müxtəlif ölkələrdə yerləşən arxivləri, elmi tədqiqat institutlarını, əlyazma fondlarını, kitabxanaları və s. özündə birləşdirir. Hazırda 1500-dən artıq təşkilat və 3400-ə yaxın arxivarius, əlyazmaşünas və kitabşünas Cəmiyyətin üzvüdür.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA
10.11.17 ƏLYAZMALAR İNSTİTUTUNDA SABAH QRUPUNUN TƏLƏBƏLƏRİ ÜÇÜN NÖVBƏTİ MÜHAZİRƏ OXUNUB

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla