AKADEMİK TEYMUR KƏRİMLİ QAZAXISTANLI TƏLƏBƏLƏRƏ MÜHAZİRƏ OXUDU » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ QAZAXISTANLI TƏLƏBƏLƏRƏ MÜHAZİRƏ OXUDU

04.12.18. Oxunma sayı: 45 Tədris
3 dekabr 2018-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələri və professor-müəllim heyəti ilə görüşüb. Alim həmin fakültənin tələbələri qarşısında “Azərbaycan ədəbiyyatı: klassiklər və müasirlər” mövzusunda geniş mühazirə oxuyub. Sonra o, tələbələri maraqlandıran suallara cavab verib, Azərbaycan şərqşünaslıq elminin nailiyyətlərindən danışıb. Görüş qazaxıstanlı alimlərlə işgüzar müzakirələrlə davam edib.
Qeyd edək ki, Qazaxıstan Milli Universitetinin Şərqşünaslıq fakültəsi Qazaxıstanın yüksək ixtisaslı şərqşünas mütəxəssislərin hazırlanması üzrə ən əsas mərkəzlərindən biridir. Şərq dillərini, həmçinin ərəb və farsdilli ədəbiyyatı dərindən öyrənən bu fakültə öz tarixini XX əsrin 70-ci illərindən götürür. İndi bu fakültə qazax orientalistikasının dünya çapında qəbul edilən elmi mərkəzlərindən biridir. Belə ki, burada təkcə Şərq dilləri və ədəbiyyatının tədrisi həyata keçirilmir, eyni zamanda bu istiqamətdə mühüm elmi-tədqiqat işləri də aparılır. Fakültədə səkkiz: ərəb, fars, türk, çin, koreya, yapon, hind və urdu dilləri üzrə yüksək ixtisaslı mütəxəssislər çalışır.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
09.05.17 NƏSİB GÖYÜŞOV - 70
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU

© Copyright 2008-2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla