AKADEMİK TEYMUR KƏRİMLİ NİZAMİ GƏNCƏVİ ƏSƏRLƏRİNİN NADİR ƏLYAZMA NÜSXƏSİNİN SURƏTİNİ AZƏRBAYCANA GƏTİRİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ NİZAMİ GƏNCƏVİ ƏSƏRLƏRİNİN NADİR ƏLYAZMA NÜSXƏSİNİN SURƏTİNİ AZƏRBAYCANA GƏTİRİB

03.12.18. Oxunma sayı: 47 Yeni daxilolmalar
Məlum olduğu kimi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bu günlərdə “Azərbaycan və Türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində Türkiyə Respublikasında elmi ezamiyyətdə olub. Türkiyə Cümhuriyyətinin zəngin xəzinəyə malik kitabxanalarında araşdırma aparan alim Yazma Əsərlər Təşkilatının Süleymaniyyə Kitabxanasının məşhur əlyazma fondu ilə də tanışlıq imkanı qazanıb. Akademik kitabxananın müdiri Menderes Velioğlunun yardımı ilə böyük Azərbaycan şairi Nizami Gəncəvi əsərlərinin bir neçə əlyazmasının surətini əldə edə bilib. Həmin əlyazmanın 3b vərəqindən başlayıb 27a vərəqində bitən hissəsində“Sirlər xəzinəsi”, 27b vərəqindən başlayıb 85a vərəqində bitən hissəsində “Xosrov və Şirin”, 85b vərəqindən başlayıb 129a vərəqində bitən hissəsində “Leyli və Məcnun”, 129b vərəqində başlayıb 173a vərəqində bitən hissəsində “Yeddi gözəl”, 173b vərəqindən başlayıb 241a vərəqində bitən hissəsində “Şərəfnamə”, 241b vərəqindən başlayıb 273a vərəqində bitən hissəsində “İqbalnamə” verilmişdir.
Fikrimizcə, vaxtılə Ayasofiya Məbədi kitabxanasında qorunan Nizami əlyazmalarından biri olan bu nadir nüsxə böyük mütəfəkkirin irsinin daha dərindən tədqiqində nizamişünaslarımıza yardımçı olacaq. скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

28.10.18 AZƏRBAYCAN ALİMLƏRİ TÜRKİYƏNİN SÜLEYMANİYYƏ YAZMA ƏSƏRLƏR KİTABXANASI İLƏ YENİ ƏMƏKDAŞLIĞA İMZA ATMIŞLAR
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
04.04.18 FƏXRƏDDİN ƏLİ-80

© Copyright 2008-2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla