ƏLYAZMALAR İNSTİTUTU YENİ ƏLYAZMA ƏLDƏ EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTU YENİ ƏLYAZMA ƏLDƏ EDİB

29.11.18. Oxunma sayı: 246 Yeni daxilolmalar
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor muavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından daha çox Cövhəri təxəllüsü ilə tanınan türk mənşəli alim Əbu Nəsr İsmayıl Həmmadın ən məşhur əsəri olan ərəb dilinin qrammatika və lüğət tərkibinə dair “Tacü l-lüğa və sihahil-ərəbiyyə” (qısası “Əs-sihah”) əsərinin türk dilinə tərcüməsinin əlyazmasının surətini əldə etmişdir. Türküstanın Fərab şəhərində dünyaya gəlmiş, 1007-ci ilə Nişapurda vəfat etmiş İsmayıl Cövhərinin 28 fəsildən ibarət bu əsərinin türk dilinə tərcüməsinin əlyazması 122 vərəqdən ibarətdir. Əsəri türk dilinə Məhəmməd Əfəndi bin Mustafa Əl-Vani (Van qulu adı ilə də tanınır) 1589-cu ildə tərcümə edib. O, 1592-ci ildə vəfat etmişdir.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

13.11.18 ƏLYAZMALAR İNSTİTUTU “ƏCAİB ƏL-MƏQDUR” ƏSƏRİNİN DİLİMİZƏ TƏRCÜMƏSİNİN SURƏTİNİ ƏLDƏ EDİB
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
04.04.18 FƏXRƏDDİN ƏLİ-80

© Copyright 2008-2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla